Sabirabad Rayon İcra Hakimiyyətinin başçısı Siraqəddin Cabbarov barəsində media üzərindən apardığımız xırda bir araşdırma zamanı nələr ilə rastlaşmadıq.
Qəbul zamanı 70 yaşlı rayon sakininin üzərinə cummaq, onu təhqir etmək nəinki icra başçısına, heç bir insana yaraşmaz.
Binəqədi rayonunda 1-ci müavin, sonra uzun müddət Saatlıda icra başçısı işləyə-işləyə, indi də Sabirabadda lövbər salıb.
Hazırda Siraqəddin Cabbarovun Binəqədi rayonu ərazisində onlarla avtobusları müxtəlif marşrutlarda işləyir, obyektləri, mülkləri və daha nələri.
Bütün bunlar öz yerində.
Mediada əsasən Siraqəddin Cabbarovun Qarabağ döyüşçülərinə, veteranlara, hətta şəhid ailələrinə nəinki hörmətsiz, hətta təhqirlə yanaşması ilə bağlı xeyli faktlar var.
Rayonda şəhid adına olan küçədə antisanitariya baş alıb gedir.
Sözün qısası, bu adamın digər əməllərinə bəlkə də göz yummaq olardı. Ancaq icra başçısının veteran ailələrinə bu qədər kin-küdurətinin səbəbini anlamırıq.
Elə bu gün gundelik-baku.com saytına zəng edənlər də icra başçısının məhz bu xasiyyətindən bəhs etdilər.
Zəng edən yaxınları rayon sakini şəhid anası Pakizə Rzaqulu qızı Rəsulovadan, onun şəhid oğlu Rəsulov Ağacan Əfsər oğlundan və şəhid qaynından ürək ağrısı ilə danışdılar.
Şəhid Ağacan Rəsulov yaşlı ananın yeganə övladı olub. Ailəyə isə həmişə Pakizə xanımın qaynı himayədarlıq edirmiş.
İndi hər iki əzizini itirən Pakizə Rəsulova təsəvvür edirsiniz icra hakimiyyətində qəbula düşə bilmir. İcra başçısının müavinləri şəhid anasına qarşı hörmətsizlik edir.
Cənab Prezident İlham Əliyevin çox dəyərli fikirləri az qala cəmiyyət arasında aforizm kimi işlənir. Möhtərəm Prezidentimiz məmurlara deyir ki, xalqdan qorxmursunuz barı Allahdan qorxun.
Sən Allahdan da qorxmursan, Siraqəddin Cabbarov ?
Sən deməli şəhid anasını qəbul etməyə 5 dəqiqə vaxt tapmırsan?
Axı, bu ananın oğlu sənə, mənə, bizə, bu vətənə görə şəhid olub ee, Siraqəddin Cabbarov...
Döşündə “ Vətənə xidmətə görə “ orden gəzdirirsən. Axı, bu ananın oğlu Vətən uğrunda şəhid olub. Döşündəki ordendən, onu sənə verəndən utan, əgər onlardan utanmırsansa Binəqədi Rayon İcra Hakimiyyətində müavin işlədiyin vaxt İlhamə adlı xanıma tikdirdiyin villadan utan cənab başçı... //gundelik-baku.com//
Xəbər lenti
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024
21 11 2024