Cəmiyyət (5-10-2020, 08:39)
Ermənilər Tərtərə növbəti dəfə top atdı, 2 mülki şəxs yaralandı
Cəbhədə şiddətli döyüşlər davam edir.
Mediatv.az xəbər verir ki, bu barədə "Report"un cəbhə bölgəsinə ezam olunmuş əməkdaşı xəbər verir.
Ermənistan silahlı qüvvələri qəsdən və hədəflənmiş şəkildə Tərtər şəhərini və ətraf kəndləri yenidən artilleriya atəşinə tutur.
Düşmən yenidən rayonun dinc sakinlərini hədəf alınıb.
Oktyabrın 4-ü gecə saatlarında ermənilərin növbəti dəfə atdığı top mərmilərindən biri şəhərin mərkəzinə düşüb. Nəticədə şəhər sakinləri - 1981-ci il təvəllüdlü Taleh Novruzov və 1993-cü il təvəllüdlü Süleymanov Davud Elxan oğlu yaralanıb. Həmin şəxslər xəstəxanaya çatdırılıb.
Bundan başqa, mülki evlərə, mülki obyektlərə və inzibati binalara ziyan dəyib. Bir çox evlər, obyektlər dağıdılıb.
Hazırda döyüşlər davam edir.
Reklam
Ən çox oxunanlar
• Sorğu
Saytımızı bəyəndiniz?
Xəbər lenti
25 11 2024
25 11 2024
25 11 2024
25 11 2024
25 11 2024
25 11 2024
25 11 2024
25 11 2024
25 11 2024
25 11 2024
25 11 2024
25 11 2024
25 11 2024
25 11 2024
25 11 2024
25 11 2024
25 11 2024
25 11 2024
25 11 2024
25 11 2024
25 11 2024
25 11 2024
25 11 2024
25 11 2024
25 11 2024
25 11 2024
25 11 2024
25 11 2024
25 11 2024
25 11 2024