Ana səhifə Araşdırma Aktual Problem Siyasət Gündəm Sağlamlıq İqtisadiyyat Dünya Sosial Mədəniyyət Təhsil İdman Region Cəmiyyət Hadisə

Cəmiyyət / Slayd (22-02-2020, 11:26)
"Tahir Kərimov da İsmayıl Vəliyev kimi qanun qarşısında cavab verməlidir"

Salyan rayonundan olan bir qrup iş adamı və yerli sakinlər Dövlət Təhlükəsizliyi Xidməti (DTX) əməkdaşlarının Neftçalada vəzifəli şəxslərin qanunsuz əməllərinə qarşı keçirdiyi əməliyyatı təqdir ediblər.

Rayon camaatı DTX-nın bu cür əməliyyatlar keçirməsini alqışlayıb.

Həmçinin, sakinlər qeyd ediblər ki, Salyanın sabiq icra başçısı Tahir Kərimov da dövlət tərəfindən ciddi yoxlanılmalıdır. Sakinlərin sözlərinə görə, Tahir Kərimov Salyanın icra başçısı işlədiyi dövrlərdə korrupsioner əməllərinə görə heç də İsmayıl Vəliyevdən geri qalmayıb.

“Əslən Salyandan olan və bir neçə il əvvəl cənab Prezident İlham Əliyevin iş adamlarına etdiyi çağırışlarına cavab verərərək, bu rayona investisiya qoymaq istəyən onlarla sahibkara Tahir Kərimov divan tutub, onların ölkədən geri qayıtmasına səbəb olub. Onun Salyana rəhbərlik etdiyi illərdə rayonda iş adamları, sakinlər rahat nəfəs ala bilmirdilər. Halal yolla pul qazanan sahibkarlardan Tahir Kərimov rüşvət tələb edirdi, insanlar onun qanunsuz əməllərindən bezmişdilər. Cənab Prezidentimiz sağ olsun, şikayətlərimizi eşidib onu vəzifədə saxlamadı. Hər kəs əmin olsun ki, bu gün Tahir Kərimovun da İsmayıl Vəliyev kimi qanun qarşısına çıxarılaraq cəzalandırılması əksər Salyan sakinlərinin ürəyincə olardı. Çünki vəzifədə olarkən onun törətdiyi qanunsuz əməlləri İsmayıl Vəliyevdən heç də az deyil. O da digərləri kimi qanun qarşısında cavab verməlidir”, – deyə sakinlər əlavə ediblər.

Xatırladaq ki, Tahir Kərimov 2011-2016-cı illərdə Salyan Rayon İcra Hakimiyyətinin başçısı vəzifəsində çalışıb. //konkret.az//
шаблоны для dle 11.2

Reklam
• Sorğu
Saytımızı bəyəndiniz?



Xəbər lenti
28 11 2024
28 11 2024
28 11 2024
28 11 2024
28 11 2024
28 11 2024
28 11 2024
28 11 2024
27 11 2024
27 11 2024
27 11 2024
27 11 2024
27 11 2024
27 11 2024
27 11 2024
27 11 2024
27 11 2024
27 11 2024
27 11 2024
27 11 2024
27 11 2024
27 11 2024
27 11 2024
27 11 2024
27 11 2024
26 11 2024
26 11 2024
26 11 2024
26 11 2024
26 11 2024