Ana səhifə Araşdırma Aktual Problem Siyasət Gündəm Sağlamlıq İqtisadiyyat Dünya Sosial Mədəniyyət Təhsil İdman Region Cəmiyyət Hadisə

Cəmiyyət (31-10-2019, 19:22)
Azərbaycanda istefa verən icra başçısı sakinlərlə belə vidalaşdı - Səmimi görüntülər - VİDEO

 Xaçmaz Rayon İcra başçısı Şəmsəddin Xanbabayev vəzifəsini icra etdiyi binadan köçüb gedərkən müxbirimizin suallarını cavablandırıb.

DİA.AZ konkret.az-a istinadən bildirir ki, yağışlı havada oğlu Samir Xanbabayev və köməkçiləri ilə birlikdə avtomobilə əyləşməzdən əvvəl Şəmsəddin Xanbabayev müxbirimizə səmimi və xoş arzularını bildirib.

Jurnalistin "Xaçmazlılar sizi unudan deyil, xoş xatirələrlə yadda qalacaqsınız" sözlərinə, Şəmsəddin Xanbabayev belə qarşılıq verib:

"Çox sağ olun! Mən də xaçmazlıları çox istəyirəm. Xaçmazlılar yaxşı adamlardılar. Məmur üçün də əsas səbəb budur. Gördüyünüz bütün bu işlərin hamısını (əli ilə göstərir) – birinci növbədə onların yaxşı adam olmalarına görə görülüb. Çox sağ olun!"

Şəmsəddin Xanbabayev 1939-cu il aprelin 1-də Naxçıvan MR-nın Ordubad rayonunun Aşağı Əndəmic kəndində anadan olub. Orta təhsilini doğulduğu kənddə alıb. 1959-cu ildə Azərbaycan Kommunal və Tikinti Texnikumunu bitirib. 1964-1969-cu illərdə Azərbaycan Politexnik İnstitutunda təhsilini davam etdirib.

Azərbaycan Respublikası Prezidentinin 23 oktyabr 2004-cü il tarixli Sərəncamı ilə Xaçmaz Rayon İcra Hakimiyyətinin başçısı vəzifəsinə təyin edilib.

30 mart 2009-cu ildə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin sərəncamı ilə "Şöhrət" ordeni, 04 aprel 2014-cü il tarixli sərəncamı ilə "Şərəf" ordeni ilə təltif olunmuşdur.

Ailəlidir, iki övladı var.



шаблоны для dle 11.2

Reklam
• Sorğu
Saytımızı bəyəndiniz?



Xəbər lenti
10 05 2025
10 05 2025
10 05 2025
10 05 2025
10 05 2025
10 05 2025
10 05 2025
10 05 2025
10 05 2025
10 05 2025
10 05 2025
10 05 2025
10 05 2025
10 05 2025
9 05 2025
9 05 2025
9 05 2025
9 05 2025
9 05 2025
9 05 2025
9 05 2025
9 05 2025
9 05 2025
9 05 2025
9 05 2025
9 05 2025
9 05 2025
9 05 2025
9 05 2025
8 05 2025