Cəmiyyət (9-10-2019, 19:58)
“Mən oranın rəisi olmamışam...”
Ötən il Masallı rayonunda 3 uşağın ölümünə səbəb olan partlayışla bağlı qaz idarəsinin iki əməkdaşı cəzalandırılsa da, onların ailələri bu qərarla razılaşmır. Hökm oxunan işçilərin yaxınları bu işdə rəis İdrak Əsədlinin günahkar olduğunu iddia edirlər. İ.Əsədli isə istintaq başa çatdıqdan sonra ölkədən qaçıb.
Mediatv.az cinayət işi materiallarına istinadən hadisə barədə məsul şəxslərin verdiyi ifadələri əldə edib.
Bu işlə bağlı rəis İdrak Əsədli, mühəndis Əlipənah Əhədov, çilingər Məhəmməd Nuriyev təqsirləndirilib. Hər üç şəxs işə vicdansız və laqeyd yanaşmaqda 3 azyaşlının ölümünə səbəb olmaqda ittiham ediliblər. Onlardan yalnız mühəndis və çilingər həbsə göndərilib, rəis isə xaricə qaçıb.
İttihama görə, Günel Kərimovanın partlayışda vəfat edən 13 yaşlı oğlu Əli Müseyibov 104 qəza xidmətinə həyətlərində qaz sızması olması haqda məlumat verdikdən sonra despetçerlər bu məlumatı rəis İdrak Əsədliyə veriblər. O isə məlumatı mühəndisə ötürüb və çilingərə bu işi həll etməsini tapşırıb. Mühəndis Ə.Əhədov həmin ərazidə qaz sızması olması barədə qeydi çilingər Məhəmməd Nuriyevə verib. O isə bir gün əvvəl həmin yerdə olduğunu və qaz sızmasının aradan qaldırılması üçün texnika və əlavə işçi qüvvəsi lazım olmasını deyərək buna görə həmin ünvana tək getməyəcəyini bildirib.
Ə.Əhədov isə buna əhəmiyyət verməyib və qaz sızması barədə məlumatın icrasız qalmasını bilsə də, onun aradan qaldırılmayaraq baş verə biləcək qəzanın qarşısını almaq üçün heç bir tədbir görməyib. Bunlar istintaqın gəldiyi qənaətdir. Təqsirləndirilən şəxslər isə ifadələrində fərqli danışıblar.
Bir neçə aydır rəsmi olaraq xidmət rəisi vəzifəsi boş olub. Amma Masallı Xidmət sahəsinin rəisi Ramil Ağayev deyib ki, Təmir-bərpa xidmətini rəisi vəzifəsi 38 yaşlı İdrak Əsədliyə həvalə edilib.
Rabitəçilər ifadələrində deyiblər ki, sızıntı barədə Əli Müseyibovun verdiyi məlumatı Təmir-bərpa xidmətinin rəisi İdrak Əsədliyə məruzə ediblər və ona yazılı məlumat təqdim ediblər.
İdrak Əsədli isə ifadəsində deyib ki, Masallı rayonunda işləməsinə baxmayaraq, rəsmi olaraq Lənkəran Regional Qaz İstismarı İdarəsinin tikinti şöbəsinin mühəndisi olub: “Hər gün işdən sonra Lənkəranda gedib tabelə qol çəkirdim. Mənim bu partlayışa heç bir aidiyyatım yoxdur. Mənə hər hansı bir vəzifə həvalə olunmayıb, mən təmir bərpa xidmətinin rəisi olmamışam. Günel Kərimovanın evinin qarşısında qaz sızması olması barədə də mənə heç kim məlumat verməyib və dispetçerlə bu barədə danışdığını xatırlamıram”.
Mühəndis Əlipənah Əhədov deyib ki, məzuniyyətdən qayıtdığı üçün İdrak Əsədli Günel Kərimovanın evinin qarşısında qaz sızması olması barədə qeyd yazılan kağızı ona verərək bunu çilingər Məhəmməd Nuriyevə çatdırmasını istəyib: “Mən Məhəmmədlə telefonda danışdım və İdrak Əsədlinin tapşırığına əsasən ora gedib sızıntını aradan qaldırmasını dedim. O isə bir gün əvvəl həmin yerdə olduğunu, təkbaşına bir iş görə bilməyəcəyini, həmin yerə bir də tək getməyin əhəmiyyətsiz olduğunu dedi”.
Çilingər Məhəmməd Nuriyev də hadisə barədə rəis İdrak Əsədliyə məlumat verdiyini deyib: “Mənə verilən məlumat əsasında dekabrın 6-da Günel Kərimovanın evinin qarşısında oldum. Orada sızmanın təhlükəli həddə olduğunu gördüm və bu barədə rəis İdark Əsədliyə hadisə yerindən zəng edərək məlumat verib. O məndən sızmanın qarşısını almağımı istədi, mən isə təkbaşıma bunu etməyimin mümkün olmadığını dedim. İdrak Əsədliyə dedim ki, burada texnika ilə torpaq qazılmalı, borcu kəsilməli, həmin hissə dəyişdirilməlidir. O isə mənə təşəkkür edib sağollaşdı. Partlayışdan sonra, dekabrın 9-da idarənin bütün əməkdaşları texnikalarla əraziyə gedib həmin yeri qazaraq turbanı çıxartdılar və qaz xəttində fındıq boyda deşik olduğu görünmüşdü. Bundan sonra həmin hissədə qaz xətti dəyişdirildi”.
Qeyd edək ki, qaz xətlərini “Təmiz qaz” QSC çəkib, həmin borunun hansı səbəbdən deşilməsi müəyyənləşdirilməyib.
Xatırladaq ki, Günel Kərimovaya məxsus fərdi yaşayış evinin həyət qapısının qarşısından keçən yeraltı qaz xəttindən sız qaz onların evinin zal otağının içərisinə yığılıb, otaqda partlayış konsentrasiyalı qaz-hava qatışığı yaranıb. Dekabrın 8-i saat 19:30 radələrində uşaqlar oynamaq üçün həmin otağa giriblər və işığı yandıranda partlayış baş verib.
Bu zaman otağa öndə girən və işığı yandıran 2005-ci il təvəllüdlü Əli Müseyibovu bədəninin 98-100 faizi, tənəffüs yolları yanıb. Ə.Müseyibov yanıq şokundan dekabrın 10-da vəfat edib. Onun 2011-ci il təvəllüdlü qardaşı Məhəmmədin isə bədəni 80 faiz, o, yanıq yaraları fonunda gedən maddələr mübadiləsi zamanı yaranan zəhərli maddələrin qana keçərək orqanimzi zəhərləməsi nəticəsində dekabrın 14-də ölüb. Onların dayısı oğlu 2006-cı il təvəllüdlü Sənanın isə bədənin 65 faizi yanıb, o da yanıqdan əmələ gələn zəhərlənmədən dekabrın 16-da vəfat edib. Partlayış zamanı isə evin sahibi Günel Kərimovaya 7646 manat ziyan dəyib.

Reklam
Ən çox oxunanlar
• Sorğu
Saytımızı bəyəndiniz?
Xəbər lenti
29 11 2024
29 11 2024
29 11 2024
29 11 2024
29 11 2024
29 11 2024
29 11 2024
29 11 2024
29 11 2024
29 11 2024
29 11 2024
29 11 2024
29 11 2024
29 11 2024
29 11 2024
29 11 2024
29 11 2024
29 11 2024
29 11 2024
29 11 2024
29 11 2024
28 11 2024
28 11 2024
28 11 2024
28 11 2024
28 11 2024
28 11 2024
28 11 2024
28 11 2024
28 11 2024