Cəmiyyət (9-10-2019, 15:00)
“ASAN xidmət” mərkəzləri vasitəsilə büdcəyə daxil olan vəsait açıqlandı

Mediatv.az xəbər verir ki, bu barədə Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin sədri Ülvi Mehdiyev məlumat verib.
O bildirib ki, ötən dövr ərzində “ASAN xidmət” mərkəzlərində vətəndaşlara 33 milyondan çox xidmət göstərilib.
“Görülən işlər yaxın gələcəkdə göstərilən xidmətlərin oflayn mühitdən onlayn çərçivəyə daha sürətli keçidi təmin edəcək. İnformasiya sistemlərinin inteqrasiyası, dövlət orqanları arasında məlumat mübadiləsinin təhlükəsiz mühitdə aparılmasının təmin edilməsi məqsədilə elektron hökumət infrastrukturu yenilənib, 2019-cu ilin iyun ayından etibarən vətəndaşın şəxsi kabineti əsaslı “myGov” platforması istifadəyə verilib”.
Ülvi Mehdiyev onu da qeyd edib ki, Agentlik tərəfindən rəqəmsal həllərin hazırlanması, dövlət-özəl tərəfdaşlığı çərçivəsində layihələrin həyata keçirilməsi istiqamətində işlər davam etdirilir:
“ASAN xidmət” yeddi ildir fəaliyyət göstərir. Bu yeddi il ərzində “ASAN xidmət” mərkəzlərinin saxlanmasına dövlət büdcəsindən 132 mln. manat vəsait ayrılıb. Bununla yanaşı, “ASAN xidmət” mərkəzləri vasitəsilə büdcəyə 135 mln. manat vəsait daxil olub”.

Reklam
Ən çox oxunanlar
• Sorğu
Saytımızı bəyəndiniz?
Xəbər lenti
16 08 2025
16 08 2025
16 08 2025
16 08 2025
16 08 2025
16 08 2025
16 08 2025
16 08 2025
16 08 2025
16 08 2025
16 08 2025
16 08 2025
16 08 2025
16 08 2025
16 08 2025
16 08 2025
16 08 2025
16 08 2025
16 08 2025
16 08 2025
15 08 2025
15 08 2025
15 08 2025
15 08 2025
15 08 2025
15 08 2025
15 08 2025
15 08 2025
15 08 2025
15 08 2025