Cəmiyyət (20-09-2019, 14:30)
Cahangir Hacıyevlə birgə ittiham olunan keçmiş direktorla bağlı çıxarılan qərar ləğv edildi
Bakı Apellyasiya Məhkəməsində “Azərbaycan Beynəlxalq Bank” ASC-nin keçmiş sədri Cahangir Hacıyevlə birgə təqsirləndirilmiş, bankın Nərimanov filialının sabiq rəhbəri Məmməd Cahangirov barəsində şərti məhkum etmənin ləğv edilməsi və məhkumluğun götürülməsi ilə bağlı məhkəmə qərarından dövlət ittihamçısı tərəfindən verilən apellyasiya protestinə baxılıb.
Mediatv.az xəbər verir ki, hakim Rizvan Səfərovun sədrliyi ilə keçirilən prosesdə qərar elan olunub.
Qərara əsasən, birinci instansiya məhkəməsinin çıxardığı qərar ləğv edilib, M.Cahangirovun ərizəsi təmin olunmayıb.
Qeyd edək ki, M.Cahangirov barəsində şərti məhkum etmənin ləğv edilməsi və məhkumluğun götürülməsi ilə bağlı Yasamal Rayon Məhkəməsinə müraciət edib. Məhkəmə onun müraciətini təmin edərək, barəsində şərti məhkum etməni ləğv edib və M.Cahangirovun məhkumluğunun götürülməsi barədə qərar çıxarıb.
Qərardan narazı qalan dövlət ittihamçısı apellyasiya protesti verib.
Xatırladaq ki, C.Hacıyev 2015-ci il dekabrın 5-də həbs edilib. Sabiq bankirlə birgə bankın Nərimanov filialının direktoru işləmiş M.Cahangirov və digər şəxslər də mənimsəmədə ittiham olunub.
Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə C.Hacıyev 15 il müddətinə azadlıqdan məhrum edilib. M.Cahangirovun barəsində isə Cinayət Məcəlləsinin 70-ci maddəsi tətbiq edilərək ona şərti cəza verilib.
Xatırladaq ki, C.Hacıyev və bir neçə şəxsin cinayət işinə yenidən Bakı Ağır Cinayətlər Məhkəməsində baxılıb. O, əvvəlki cəzası toplanmaqla 16 il 6 ay müddətinə azadlıqdan məhrum edilib.

Reklam
Ən çox oxunanlar
• Sorğu
Saytımızı bəyəndiniz?
Xəbər lenti
29 11 2024
29 11 2024
29 11 2024
29 11 2024
29 11 2024
29 11 2024
29 11 2024
29 11 2024
29 11 2024
29 11 2024
29 11 2024
29 11 2024
29 11 2024
29 11 2024
29 11 2024
29 11 2024
29 11 2024
29 11 2024
29 11 2024
29 11 2024
29 11 2024
29 11 2024
29 11 2024
29 11 2024
29 11 2024
28 11 2024
28 11 2024
28 11 2024
28 11 2024
28 11 2024