Ana səhifə Araşdırma Aktual Problem Siyasət Gündəm Sağlamlıq İqtisadiyyat Dünya Sosial Mədəniyyət Təhsil İdman Region Cəmiyyət Hadisə

Cəmiyyət (20-09-2019, 11:07)
“İslam Əməkdaşlıq Təşkilatının üzvləri məscidlərimizi dağıdan Ermənistanla...” – Deputatdan etiraz

 "Ermənistan işğal etdiyi Azərbaycan ərazilərində qeyri-qanuni işlərlə məşğuldur. Bu ilk növbədə qanunsuz məskunlaşdırma siyasəti, təbii sərvətlərimizn talan edilməsi və eyni zamanda tarixi abidələrimizin dağıdılması və ya öz adlarına çıxmaq cəhdləri, toponimlərin dəyişdirilməsini örnək göstərə bilərik”.
 
Bu sözləriSfera.az-açıqlamasında Ermənistanın son günlər işağal altında olan ərazilərimizdə və xüsusilə Ağdamda aparılan qanunsuz arxeoloji qazıntıları şərh edərkən millət vəkili Elman Nəsirov söyləyib. Ermənistana dəfələrlə beynəlxaq təşkilatlar vasitəsilə xəbərdarlıq edildiyini vurğulayan Nəsirov bunları söyləyib:

"Hələ 1968 –ci ildə böyük tarixçi alim Məmmədəli Hüseynovun tədqqiq etdiyi dünyanın ən qədim yaşayış yerlərindən olan bu gün işğal altındakı Füzuli rayonunda yerləşən Azıx mağarası ilə bağlı onların etdiyi saxtakarlıqlar bütün düyaya bəllidir. Ən son məlumata görə isə ermənilər işğal altında olan Ağdamda qanunsuz arxeoloji qazıntılar aparır, tarixi eksponatları saxtalşadırıb öz adlarına çıxmaq üçün tapıntıları dünyanın müxtəlif ölkələrinə göndərirlər. Bu tip tədbirlərə cavab olaraq dövlətimiz, Azərbaycan XİN və digər qurumlarımız beynəlxalq təşkilatları məlumatlandırıb. Prezident İlham Əliyev bir neçə ilə öncə UNESCO-un Parisdə keçirilən konfransında Azərbaycan torpaqlarının Ermənistan tərəfindən işğal edildiyini bir daha bütün dünyanın nəzərinə çatdırdı. O, öz çıxışında Azərbaycanın işğal altında olan bütün torpaqları azad edəcəyini və ərazi bütövlüyümüzü bərpa edəcəyimizi bildirdi. Prezidient çıxışında təəssüf hissi ilə vurğuladı ki, biz yalnız erməni vandalları tərəfindən mədəni irsimizə vurulmuş ziyanı bərpa edə bilməyəcəyik”.
 
Erməni vandallarının bu tip saxtakarlıqlarına qarşı qətiyyətlə mübarizə aparıldığını söyləyən Elman Nəsirov sözlərinə bunları əlavə etdi: "Heydər Əliyev Fondu , prezident İlham Əliyev və birinci vitse-prezident Mehriban Əliyeva Azərbaycanın haqq səsini yorulmadan dünyaya çatdırmaqda davam edirlər. Təəssüf ki, bu gün İslam Əməkdaşlıq Təşkilatının bir çox üzvü məscidlərimizi dağıdan Ermənistanla yaxından əlaqə saxlayırlar. Bu qəbuledilməz reallıqdır. Prezident dəfələrlə bu məsələni İƏT konfranslarında iştirakçıların nəzərinə çatdırıb, onları qınaq atəşinə tutub”.

Bu gün beynəlxalq hüquq prinsiplərinin işləmədiyini vurğulayan Nəsirov bunları söyləyib: "Beynəlxalq hüququ yaradanlar, özlərini dünyanın hüquq keşikçiləri adlanıdıranlar bu gün dünya ədalətsizliyinə göz yumur, ikili siyasətindən əl çəkmir və ilk fürsətdə yaratdıqları beynəlxalq hüquq normalarını pozurlar. Beynəlxaq hühquq bu gün demək olar ki, işləmir”.
шаблоны для dle 11.2

Xəbər lenti
29 11 2024
29 11 2024
29 11 2024
29 11 2024
29 11 2024
29 11 2024
29 11 2024
29 11 2024
29 11 2024
29 11 2024
29 11 2024
29 11 2024
29 11 2024
29 11 2024
29 11 2024
29 11 2024
29 11 2024
29 11 2024
29 11 2024
29 11 2024
29 11 2024
29 11 2024
29 11 2024
29 11 2024
29 11 2024
28 11 2024
28 11 2024
28 11 2024
28 11 2024
28 11 2024