Cəmiyyət (14-09-2019, 10:18)
“Toyuq-cücə də saxlayıram...” - Vidadi Zeynalov

Mediatv.az xəbər verir ki, bu barədə Unikal.org-a Vidadi Zeynalov özü məlumat verib. O deyib ki, azadlığa çıxdıqdan sonra, ona məxsus “Məlhəm” restoranını işlədir: “Həyat yoldaşım restoranda aşpazların başında durur, mən isə ümumi nəzarətçi işləyirəm. Bununla belə, restoranın həyətində toyuq-cücə də saxlayıram”.
Vidadi Zeynalov bu addımını atmasına səbəb kimi imkanın aşağı olmasını göstərib: “Acından ölən deyiləm ki? Taxıl da əkirəm”.
Qeyd edək ki, restoran Şamaxı şəhəri, Məlhəm kəndində yerləşir.
Xatırladaq ki, V. Zeynalov 2015-ci ilin noyabr ayının 13-də həbs edib. 2017-ci il iyulun 27-də Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə barəsində 13 il müddətinə azadlıqdan məhrumetmə cəzası seçilən V.Zeynalov qulluq mövqeyindən sui-istifadə edərək nazirliyin strukturuna daxil olan ayrı-ayrı qurumların vəzifəli şəxsləri ilə qabaqcadan razılaşmaqla həmin strukturlar tərəfindən işlərin görülmədiyi özəl şirkətlər tərəfindən saxta sənədlər əsasında rəsmiləşdirməsini təmin etməklə müvafiq müəssisələrin ayrı-ayrı banklardakı hesabına köçürülmüş 73 milyon 590 min manat pul vəsaitinin nağdlaşdırılmaqla mənimsənilməsi və israf edilməsinin təşkilində təqsirləndirilirdi.
Bu ilin mart ayında isə azadlığa buraxılıb.

Reklam
Ən çox oxunanlar
• Sorğu
Saytımızı bəyəndiniz?
Xəbər lenti
7 05 2025
7 05 2025
7 05 2025
7 05 2025
7 05 2025
7 05 2025
7 05 2025
7 05 2025
7 05 2025
7 05 2025
7 05 2025
7 05 2025
7 05 2025
7 05 2025
7 05 2025
7 05 2025
7 05 2025
7 05 2025
7 05 2025
7 05 2025
7 05 2025
7 05 2025
7 05 2025
7 05 2025
7 05 2025
7 05 2025
7 05 2025
7 05 2025
7 05 2025
7 05 2025