Cəmiyyət (13-09-2019, 16:00)
Umud Mirzəyev: Hər beş gündə bir jurnalist öldürülür
Hərbi jurnalistikanın yaranması XIX əsrdən müharibə və münaqişə bölgələrindən hazırlanan yazıların, məlumatların daha geniş yayılmağa və ictimaiyyəti daha çox maraqlandırmağa başladığı vaxtdan yarandı.
Mediatv.az xəbər verir ki, bunu Beynəlxalq Avrasiya Mətbuat Fondunun (BAMF) prezidenti Umud Mirzəyev Ümumdünya Mətbuat Şuraları Assosiasiyasının illik toplantısında çıxışı zamanı deyib.
O bildirib ki, Müharibə və münaqişə bölgələrindən məlumatların yayılması 1912-1915-ci illərdə Balkan Müharibələri zamanı aktuallaşmağa başladı:
“İnformasiya müharibəsi özünün yeni qlobal dövrünə qədəm qoyurdu. 300 dən yuxarı xarici reportyorlar, qəzetçilər, fotoqraflar, Osmanlı və Balkan ölkələri arasında olan müharibələri müxtəlif maraqlardan çıxış edərək işıqlandırırdılar.
Münaqişələri işıqlandırmağı seçən jurnalistlər əsl hədəfə çevrilirdilər.
Qarabağda peşə fəaliyyəti zamanı öldürülən ilk qadın jurnalist Salatın Əsgərova, jurnalistlər Leonid Lazareviç, Valeriy Dementyev, Alı Mustafayev, Fəxrəddin Şahbazov, Çingiz Mustafayev və öz yazılarında həqiqəti əks etdirmək və münaqişənin əsl simasını açmaq istəyən bir çox insanlar həlak oldu.
UNESCO-nun məlumatına görə, 1993-cü ildən bəri 1354 jurnalist qətlə yetirilib. Təkcə 2018-ci ildə “Sərhədsiz Reportyorlar Təşkilatı”nın hesabatına görə, dünyada 80 jurnalist peşə fəaliyyətinə görə öldürülüb.
2018-ci ildə jurnalistlər üçün ən təhlükəli ölkələr kimi qeydə alınan ölkələr Əfqanıstan, Suriya, Hindistan, Meksika və Yəmən oldu. Bu gün vəziyyətin heç də yaxşılaşmadığını deyə bilərik. 2019-cu ildə təxminən 35 jurnalist həlak olub. Onu da qeyd edim ki, müasir dünyamızda 50-dən çox ölkə hərbi münaqişələrə cəlb olunub”.
U.Mirzəyev həm də orta hesabla, hər beş gündə cəmiyyəti məlumatlandıran jurnalistlərdən birinin öldürülürdüyünü də diqqətə çatdırıb:
“Reallıqda təcrübə açıq şəkildə göstərir ki, müharibə şəraitində insan hüquqlarının əsas dəyərləri arxa plana keçir. Ancaq mənim fikrimcə, münaqişələrin gedişində jurnalistlərin beynəlxalq standartlara uyğun qorunması və münaqişə zonalarından obyektiv məlumatların yayılması münaqişələrin həllində zəruri olan beynəlxalq birliyin vahid mövqeyinin olması çox vacibdir.
Bu gün mən sizin qarşınızda təkcə Azərbaycan Mətbuat Şurasının nümayəndəsi kimi deyil, jurnalist hüquqlarının müdafiəçisi kimi çıxış edirəm. Təşkilatımız 1992-ci ildə ölkəmizin qonşu Ermənistanın təcavüzkar siyasətinə məruz qaldığı bir dövrdə yaradılıb. 90-cı illərin əvvəllərindən etibarən 100-dən çox xarici jurnalistin qaynar nöqtələrə səfərlərini təşkil etdik.
Hərbi zonaların öz qanunları var. Bu qanunlar münaqişə tərəfləri və fövqəldövlətlər tərəfindən formalaşır. Digər tərəfdən müasir qloballaşan dünyada, sosial media və rəqəmsal jurnalistika öz müsbət xüsusiyyətləri ilə yanaşı yeni təhlükəli təmayüllərin, qarşıdurmaların tez bir zamanda vüsət almasına şərait yaratmışdır. Bu, jurnalistlərə qarşı yeni təhlükə mənbələrinin yaranması, təhdid və qətllərin motivinin dəyişməsi ilə müşayət olunur”.
U.Mirzəyev son olaraq jurnalistlərin hüquqlarının qorunmasının zəruriliyi barədə məlumatlılığı artırmağın, habelə münaqişələr haqqında obyektiv məlumatların yayılmasının, peşə fəaliyyətlərinin dəstəkləməsi üçün birlikdə çalışmaların həyata keçirilməsinin vahid platforma çərçivəsində həyata keçirilməsinin vacibliyini vurğulayıb.

Reklam
Ən çox oxunanlar
• Sorğu
Saytımızı bəyəndiniz?
Xəbər lenti
29 11 2024
29 11 2024
29 11 2024
29 11 2024
29 11 2024
29 11 2024
29 11 2024
29 11 2024
29 11 2024
29 11 2024
29 11 2024
29 11 2024
29 11 2024
29 11 2024
29 11 2024
29 11 2024
29 11 2024
29 11 2024
29 11 2024
29 11 2024
29 11 2024
29 11 2024
29 11 2024
29 11 2024
29 11 2024
28 11 2024
28 11 2024
28 11 2024
28 11 2024
28 11 2024