Ana səhifə Araşdırma Aktual Problem Siyasət Gündəm Sağlamlıq İqtisadiyyat Dünya Sosial Mədəniyyət Təhsil İdman Region Cəmiyyət Hadisə

Cəmiyyət (18-06-2019, 13:31)
“Badamlı” yeni istehsal sahəsi açır

  “Badamlı” Təbii Mineral Süfrə sularının qablaşdırılması və satışı ilə məşğul olan “Gəmiqaya Mineral Sular” MMC Şahbuz rayonu Badamlı qəsəbəsində yeni istehsal sahəsi tikir. Şirkətin direktoru Hünbət Qəhrəmanov bildirir:
“Son illərdə cəmiyyətdəki maariflənmənin nəticəsi olaraq daxili bazarda alıcılar mineral sulara, o cümlədən, “Badamlı” sularına digər sulardan daha çox üstünlük verirlər. Bu hal təbii olaraq mineral sulara olan tələbatın qat-qat artmasına səbəb olub. “Gəmiqaya Mineral Sular” MMC-nin artan tələbatını qarşılamaq üçün yeni və daha böyük istehsal sahəsinin quraşdırılması qərarlaşdırılıb. Yeni zavod 1 hektara yaxın sahəni əhatə edəcək.
Hal-hazırda fəaliyyət göstərən qablaşdırma sahəsində olduğu kimi yeni zavodda da Fransanın Sidel markalı qablaşdırma avadanlıqlarından istifadə ediləcək. Lakin istehsal gücü əhəmiyyətli dərəcədə təqribən 3 qat artırılacaq. Bununla yanaşı, işçi sayımız da artacaq.
Xarici bazarda da tendensiya müsbət yöndə dəyişir. Son illərdə ölkəmizin artan turizm potensialı bizim işlərə də öz müsbət töhfəsini verir. Belə ki, bir çox halda ölkəmizə gələn turistlər “Badamlı” sularını içib çox bəyənirlər. Bu turistlərin arasında bəzən iş adamları da olur. Onlar bizə “Badamlı” sularını öz ölkələrində satmaq üçün müraciət edirlər.
Beləliklə, ixrac imkanlarımız genişlənir. Hal-hazırda Rusiya, Çin, BƏƏ, İraq kimi ölkələrə “Badamlı” sularını ixrac edirik. İxracımız ildən ilə daha da artır. Bütün bu amilləri nəzərə alaraq bu ilin sonunda fəaliyyətə başlaması planlaşdırılan yeni istehsal sahəmizin işimizi daha da sürətləndirəcəyinə inanırıq.
Nəzərinizə çatdırmaq istərdik ki, “Badamlı” suları Azərbaycanın ilk su brendidir. O, 1947-ci ildən bu yana Sovet İttifaqı ölkələrində içilən ən məşhur sulardan biri idi. 2009-cu ildə isə köhnə istehsal sahələri yeni texnologiyaya əsaslanan zavodla əvəz edildi. Yeni daha böyük istehsal sahəsinin isə 2019-cu ilin sonu, 2020-ci ilin əvvələrində açılması planlaşdırılır.
шаблоны для dle 11.2

Xəbər lenti
30 11 2024
30 11 2024
30 11 2024
30 11 2024
30 11 2024
30 11 2024
30 11 2024
30 11 2024
30 11 2024
30 11 2024
30 11 2024
30 11 2024
30 11 2024
30 11 2024
30 11 2024
30 11 2024
30 11 2024
30 11 2024
30 11 2024
30 11 2024
30 11 2024
29 11 2024
29 11 2024
29 11 2024
29 11 2024
29 11 2024
29 11 2024
29 11 2024
29 11 2024
29 11 2024