Cəmiyyət (18-04-2019, 11:16)
Əli İnsanova... zəng çatmır...

Siyasi ekspert Məhəmməd Əsədullazadə bu barədə “Yeni Müsavat”a şərhində bildirdi ki, Əli İnsanov həbsdə olanda Milli Şura onu fenomen sayırdı və onun timsalında iqtidara yeni cəbhə açmaq istəyirdi. İnsanov obrazında mübarizə simvolu mifi yaratmışdılar. Məqsəd İnsanovu öz tərəflərinə çəkməkdən ibarət idi. Məhz İnsanov Milli Şuranın bu siyasətindən xəbərdar idi və özünün Milli Şuraya xərclənməsinə getməyəcəkdi. Belə də oldu: “Həbsdən çıxdıqdan sonra da onun verdiyi müsahibədə dolayısı ilə bəyan etmişdi ki, müxalifət partiyalarına qoşulması gözlənilmir. Bu, o demək idi ki, o, Milli Şurada olmayacaq. Ümumiyyətlə, Əli İnsanovun aktiv siyasətə qayıdacağı şübhəli idi. Bəzi müxalif dairələrin gözləntisi puça çıxdı. Sabiq nazir bəzi müxalifətçilərin ümidlərini heçə çıxardı və bəzilərini umsuq etdi.
İnsanov yaxşı bilir ki, aktiv siyasətə qayıtmaq, qayıdacağı halda Milli Şura kimi qurumlarda olmaq onun növbəti səhvi olar. Hətta bu cür qurumlarla əməkdaşlıq etmək də onun səhvi olar".
Əli İnsanovun müxalifət partiyaları ilə yox, ayrıca olaraq siyasi fəaliyyətə üstünlük verəcəyini sübut edən daha bir məlumat dünən yayılıb. Demokrat.az saytının yaydığı xəbərə görə, Azərbaycanın sabiq səhiyyə naziri İnsanov xarici ölkələrin Azərbaycanda fəaliyyət göstərən diplomatik korpuslarında bir sıra görüşlər keçirib. Sabiq nazirin ABŞ-ın, Böyük Britaniyanın Bakıdakı səfirliklərində, Avropa Birliyinin ölkəmizdəki nümayəndəliyində həmin qurumların diplomatları ilə görüşləri olub. Görüşlər sözügedən diplomatik korpusların binasında baş tutub.
Qeyd edilib ki, Əli İnsanovun bu səpkili görüşləri davam edəcək və Azərbaycanın əsas xarici tərəfdaşları olan ölkələri əhatə edəcək.
Bundan başqa, Ə.İnsanovun fəal xarici yazışmalar həyata keçirdiyi, onun həbsindən sonra çıxışlar edərək, azadlığa çıxması üçün hakimiyyətə çağırışlar edən xarici siyasətçilərlə, beynəlxalq təşkilatlarla və dünyanın tanınmış elm xadimləri ilə təmaslar qurduğu da məlum olub.

Reklam
Ən çox oxunanlar
• Sorğu
Saytımızı bəyəndiniz?
Xəbər lenti
3 05 2025
3 05 2025
3 05 2025
3 05 2025
3 05 2025
3 05 2025
3 05 2025
3 05 2025
3 05 2025
2 05 2025
2 05 2025
2 05 2025
2 05 2025
2 05 2025
2 05 2025
2 05 2025
2 05 2025
2 05 2025
2 05 2025
2 05 2025
2 05 2025
2 05 2025
2 05 2025
2 05 2025
2 05 2025
2 05 2025
2 05 2025
2 05 2025
2 05 2025
2 05 2025