Cəmiyyət (19-01-2018, 12:54)
İcra başçısı şəhid ailələri ilə görüşdü
Lənkəran Şəhər İcra Hakimiyyətində 20 Yanvar – Ümumxalq Hüzn Günü münasibətilə 20 Yanvar şəhidlərinin ailə üzvləri və əlilləri ilə görüş keçirilib.
Mediatv.az “Qafqazinfo”-ya istinadən xəbər verir ki, görüşdə Azərbaycanın dövlət müstəqilliyi və ərazi bütövlüyü uğrunda canlarından keçmiş soydaşlarımızın xatirəsinin bir dəqiqəlik sükutla yad edilib. Sonra İcra başçısı Taleh Qaraşov görüşü 20 Yanvar hadisələrinin milli azadlıq hərakatının zirvəsi olduğunu bildirərək bu hadisələr zamanı şəhid olmuş insanların qəhrəmanlığından söhbət açıb. Natiq qeyd edib ki, 20 Yanvar faciəsi zamanı Heydər Əliyev həyatını təhlükə qarşısında qoyaraq Azərbaycanın Moskvadakı o vaxtkı nümayəndəliyinə gedərək bəyanatla çıxış edib və bu vəhşi hərəkəti təkcə Azərbaycan xalqına qarşı deyil, bəşəriyyətə qarşı amansız cinayət adlandırıb.
Görüşdə çıxış edən şəhid ailə üzvləri və əlillər onlara göstərilən diqqət və qayğıya görə ölkə və rayon rəhbərliyinə minnətdarlıqlarını bildiriblər.
Şəhidlərin il mərasimlərinin keçirilməsindən ötrü onların ailələrinə müvafiq yardımlar olunub.
