Təhsil (18-01-2019, 18:32)
Əlyazmalar İnstitutunda 20 Yanvara həsr olunmuş elmi sessiya keçirilib

Əlyazmalar İnstitunun elmi işlər üzrə direktor müavini, filologiya üzrə elmlər doktoru Paşa Kərimov da çıxışında öz xalqının azadlığı uğrunda şəhid olan insanların heç vaxt unudulmadığını bildirib. O,min illər öncə üç yüz spartalının azadlıq uğrunda mübarizə meydanına atıldığını xatırladıb və bu gün də həmin insanların yaddaşlarda yaşadığını deyib. Alim 20 Yanvar şəhidlərinin də belə insanlardan olduqlarını və tarixdə əbədi qalacaqlıarını qeyd edib. P.Kərimov onu da vurğulayıb ki, dünya birliyinin laqeyd münasibəti üzündən torpaqlarımızın 20 faizi düşmən tapdağı altındadır. O, bütün bunlara baxmayaraq son nəticədə Azərbaycanın dövlət başçısının müdrik siyasəti və xalqın iradəsi ilə ərazi bütövlüyümüzün bərpa olunacaqğına əmin olduğunu bildirib.
Daha sonra çıxış edən institutun elmi katibi, filologiya üzrə fəlsəfə doktoru Əzizağa Nəcəfov 20 Yanvarın təkcə hüzn günü deyil, həm də qəhrəmanlıq, əyilməzlik, şərəf və ləyaqət günü olduğunu vurğulayıb. O, müstəqillik yolunun məhz 20 Yanvarda başladığını, Ulu Öndər Heydər Əliyevin həmin gün Ümummilli Lider kimi xalqın yaddaşında yer aldığını diqqətə çatdırıb. Ə.Nəcəfov 20 Yanvar
şəhidləri ilə 1918-ci il şəhidləri arasında paralellər aparıb və Azərbaycanın azadlığı yolunda müxtəlif zamanlarda şəhid olan insanların eyni ərazidə dəfn olunmalarının təsadüfi olmadığını bildirib. O, qeyd edib ki, bu faktlar bir daha müstəqillik və azadlığın yalnız qan bahasına əldə edildiyini təsdiqləyir. Ə.Nəcəfov ona görə də hər bir Azərbaycan vətəndaşını müstəqilliyimizin qədrini bilməyə çağırıb.
Tədbir boyunca ekranda Əlyazmalar İnstitutunun Kitabxana və elmi informasiya şöbəsinin əməkdaşlarının hazırladıqları “Azadlığa gedən yol” adlı slayd nümayiş olunub.
AMEA Məhəmməd Füzuli adına Əlyazmalar
İnstitutunun İctimaiyyətlə əlaqqələr şöbəsi

Reklam
Ən çox oxunanlar
• Sorğu
Saytımızı bəyəndiniz?
Xəbər lenti
19 04 2025
19 04 2025
19 04 2025
19 04 2025
19 04 2025
19 04 2025
19 04 2025
19 04 2025
19 04 2025
19 04 2025
19 04 2025
18 04 2025
18 04 2025
18 04 2025
18 04 2025
18 04 2025
18 04 2025
18 04 2025
18 04 2025
18 04 2025
18 04 2025
18 04 2025
18 04 2025
18 04 2025
18 04 2025
18 04 2025
18 04 2025
18 04 2025
18 04 2025
18 04 2025