Cəmiyyət (5-12-2018, 17:30)
MTRŞ sədri: "Şou xarakterli verilişlərdə ədəbi dilin pozulması baş alıb gedir"

Ölkəmizdə Azərbaycan dilinin saflığının qorunmasına və inkişafına xüsusi diqqət yetirilir.Mediatv.az Trend-ə istinadən xəbər verir ki, bunu Milli Televiziya və Radio Şurasının (MTRŞ) sədri Nuşirəvan Məhərrəmli Azərbaycanda teleradio yayımçılarının ədəbi dil normalarına riayət edilməsi sahəsində bu ilin avqust-sentyabr aylarında aparılan teleradio yayımçılarının proqramlarının (verilişlərinin) monitorinqlərinin nəticələrinə dair konfransda deyib.
N.Məhərrəmli bildirib ki, Azərbaycanda fəaliyyət göstərən bütün qurumlar, o cümlədən kütləvi informasiya vasitələri Azərbaycan dilinə diqqət və qayğı ilə yanaşmalıdırlar:
"Çox təəssüf ki, televiziya və radio məkanında Azərbaycan ədəbi dili ilə bağlı problemlər qalmaqdadır. Monitorinqin nəticələri göstərir ki, vəziyyət ürəkaçan olmasa da, müəyyən irəliləyiş var, əvvəlki illərə nisbətən Azərbaycan ədəbi dilinə müəyyən dərəcədə riayət olunur.
Şou xarakterli verilişlərdə ədəbi dilin pozulması, jarqon ifadələrdən istifadə edilməsi baş alıb gedir, bu məsələni daim diqqətdə saxlamaq lazımdır".
MTRŞ sədri qeyd edib ki, teleradio məkanında çalışan aparıcılar və diktorlar Azərbaycan ədəbi dilini səlis və mükəmməl bilməlidirlər: "Biz bu məsələlərdə daim kanallarla normal münasibətlər saxlamışıq. Teleradio məkanında ədəbi dilin yerini daha çox məişət dili tutur. Əgər Azərbaycan ədəbi dili qorunmursa, bundan narahat olmaq lazımdır. Bununla bağlı söhbətlər aparılır və tədbirlər görülür. Digər problemlərdən biri də qloballaşma prosesində güclü dövlətlərin siyasətlərini öz dilləri vasitəsilə həyata keçirmək istəyidir. Ancaq mümkün qədər bu təsirlərin qarşısını almalıyıq. Teleradio kanalları bu məsələdə cəmiyyətə nümunə olmalıdır".

Reklam
Ən çox oxunanlar
• Sorğu
Saytımızı bəyəndiniz?
Xəbər lenti
30 04 2025
30 04 2025
30 04 2025
30 04 2025
30 04 2025
Bu rayonun başçısından ağlasığmaz saxtakarlıq: Görün bir ərazini neçə şirkətə satıblar - FOTOFAKTLAR
29 04 2025
29 04 2025
29 04 2025
29 04 2025
29 04 2025
29 04 2025
29 04 2025
29 04 2025
29 04 2025
29 04 2025
29 04 2025
29 04 2025
29 04 2025
29 04 2025
29 04 2025
29 04 2025
29 04 2025
29 04 2025
29 04 2025
29 04 2025
29 04 2025
29 04 2025
29 04 2025
29 04 2025
28 04 2025