Ana səhifə Araşdırma Aktual Problem Siyasət Gündəm Sağlamlıq İqtisadiyyat Dünya Sosial Mədəniyyət Təhsil İdman Region Cəmiyyət Hadisə

Cəmiyyət (27-03-2018, 12:00)
"Radiolardakı vəziyyətlə bağlı ictimaiyyət tərəfindən narazılıqlar var"

"Radiolardakı vəziyyətlə bağlı ictimaiyyət tərəfindən narazılıqlar var"

 

Radiolardakı vəziyyətlə bağlı ictimaiyyət tərəfindən böyük narazılıqlar var və o baxımdan da biz radiolarda monitorinqləri artırdıq.

Mediatv.az bildirir ki, bunu Trend-ə Milli Televiziya və Radio Şurasının (MTRŞ) sədri Nuşirəvan Məhərrəmli radiolarla bağlı keçirilən monitorinqlərə münasibət bildirərkən deyib.

N.Məhərrəmlinin sözlərinə görə, bununla bağlı tədbir keçiriləcək və monitorinqin nəticələri barədə ictimaiyyətə geniş məlumat veriləcək.

MTRŞ sədri bildirib ki, tək Azərbaycanda deyil, ümumiyyətlə bütün dünyada teleradio verilişlərinin keyfiyyəti aşağı düşüb: "Bütün dünyada daha çox şou xarakterli verilişlər üstünlük təşkil edir və bu hal Azərbaycanda da özünü göstərir. Teleradio məkanında görüləsi işlər çoxdur, yəni keyfiyyətli verilişlərə ictimaiyyətin böyük ehtiyacı var. Çox təəssüf ki, hələki bu problemlər mövcuddur və hesab edirəm ki, birlikdə biz bu işlərin öhdəsindən gələcəyik".

Qeyd edək ki, MTRŞ tərəfindən radiolarla bağlı monitorinq keçirilib. Monitorinqlər zamanı özəl radioların efirində maarifləndirici layihələrin azlığı diqqəti cəlb edib. Özəl radiokanalların proqram yayımında əsasən əyləncəli verilişlərə, musiqiyə yer verilir.

шаблоны для dle 11.2

Reklam
• Sorğu
Saytımızı bəyəndiniz?



Xəbər lenti
27 04 2024
27 04 2024
27 04 2024
26 04 2024
26 04 2024
26 04 2024
26 04 2024
26 04 2024
26 04 2024
26 04 2024
26 04 2024
26 04 2024
26 04 2024
26 04 2024
26 04 2024
26 04 2024
26 04 2024
26 04 2024
26 04 2024
26 04 2024
25 04 2024
25 04 2024
25 04 2024
25 04 2024
25 04 2024
25 04 2024
25 04 2024
25 04 2024
25 04 2024
25 04 2024