Cəmiyyət (5-07-2014, 17:15)
Bakı Maliyyə İqtisadi Kollecində «borc» dəftəri – QİYMƏTLƏR
Azərbaycan Maliyyə İqtisad Kolleci rüşvət bataqlığında batır. Bu təhsil ocağını direktor Həmzə Ziyadov öz şəxsi biznesi kimi idarə edir. Hətta iddalara görə direktor son imtahanlardan ümumilikdə yarım milyona qədər qazanc əldə edib.
Bu barədə Azərbaycan Maliyyə İqtisad Kollecinin adının çəkilməsini istəməyən tələbələrinin PİA.AZ-a ünvanladıqları müraciətdə bildirilir.
Tələbələrin şikayətində bildirilir ki, son imtahanlar zamanı hər bir tələbədən 400 manat rüşvət yığılıb. 8 imtahan verən tələbələr hər bir imtahana görə 50 manat ödəyiblər və bu ödəniş məxburi xarakter dayşıyıb. İmtahan pulunu əvvəlcədən verməyən tələbələrə isə fakültə rəhbəri Fəxrəddin müəllim və şöbə müdiri Mehriban xanım bildiriblər ki, əvvəlcədən ödəniş olmadan bütün hallarda onların imtahanlardan kafi qiymət almaları imkansızdır və bu barədə direktor Həmzə Ziyadovun birbaşa tapşırığı var.
Amma şöbə müdiri Mehriban xanım tələbələrə bir ayrıcalıq tanıyıb. Belə ki, tələbələrin bildirdiyinə görə şöbə müdiri tələbələr üçün «borc dəftəri» tərtib edib. İmtahan pulunu hal-hazırda verə bilməyən tələbələrin adları həmin dəftərə yazılıb. Hətta hər bir adın qarşısına müddət də qoyulub. Tələbələrə bildirilib ki, pulu vaxtında çatdırmayanlar kollecdən qovulacaqlar. Borc dəftərinin isə şöbə müdiri Mehriban xanımda saxlanıldığı qeyd olunur.
Bundan başqa tələbələr bildirir ki, Bakı Maliyyə İqtisadi Kollecində iki dövlət imtahanı üçün hər bir tələbə mütləq şəkildə 300 manqat ödəmək zorundadırlar. Başqa cür imtahanlardan keçməyi heç kim xəyal edə bilmir.
Həmçinin tələbələr iddia edir ki, hər imtahan sessiyası zamanı kollecdə yarım milyona yaxın rüşvət pulu yığılır.
Qeyd edək ki, Bakı Maliyyə İqtisadi Kollecində Mühasibat uçotu, Maliyyə işi, Bank işi, Vergi və Vergitutma, Sığorta, Statistika, Gömrük işi ixtisasları üzrə 1500 tələbə təhsil alır. Onların 1000 nəfəri əyani şöbədə, 500 nəfərə yaxın tələbə isə qiyabi şöbədə təhsil alır. Kollecdə 130 müəllim işləyir.
Qarşı tərəfin mövqeyini dərc etməyə hazırıq…
pia.az
Reklam
Ən çox oxunanlar
• Sorğu
Saytımızı bəyəndiniz?
Xəbər lenti
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024
21 11 2024
21 11 2024
21 11 2024
21 11 2024
21 11 2024
21 11 2024