Ana səhifə Araşdırma Aktual Problem Siyasət Gündəm Sağlamlıq İqtisadiyyat Dünya Sosial Mədəniyyət Təhsil İdman Region Cəmiyyət Hadisə

Sosial / Slayd (27-02-2014, 11:24)
Direktorun pulyığanı öz qudası imiş

   Direktorun pulyığanı öz qudası imiş

 

Direktorun pulyığanı öz qudası imiş
Gəncə Tibb Kollecinin dam örtüyünün dəyişdirilməsi neçə mənbədən maliyyələşdirilir

Bir neçə gün əvvəl Təhsil Nazirliyi tərəfindən bir sıra kolleclərin fəaliyyəti yoxlanıldı. «Yoxlamalar Lənkəran Dövlət Humanitar, Astara Pedaqoji və Şirvan Dövlət İqtisadiyyat və Humanitar kolleclərində keçirildi. Adları çəkilən orta ixtisas təhsili müəssisələrinin fəaliyyətində akademik və maliyyə pozuntu hallarına yol verildiyi, normativ hüquqi aktlarının tələblərinə əməl olunmadığı müəyyən edildi.
Tədrisin təşkilində, tələbələrin biliklərinin qiymətləndirilməsində ciddi nöqsanlara yol verdiyinə və imtahan sessiyasının müvəffəqiyyətlə başa çatdırılması üçün tələbələrə qarşı hüquqazidd tələblərin irəli sürülməsinə şərait yaratdığına görə Lənkəran Dövlət Humanitar Kollecinin direktoru Şaban Şəfiyev tutduğu vəzifədən azad edildi. Tədris və imtahan proseslərinin normal gedişini təmin edə bilmədikləri üçün Astara Pedaqoji və Şirvan Dövlət İqtisadiyyatı və Humanitar kolleclərinin direktorlarına sonuncu xəbərdarlıqla şiddətli töhmət elan olundu.
Ancaq yoxlanılması və direktorunun vəzifədən alınıb məsuliyyətə cəlb edilməsi gərəkən daha bir orta ixtisas təhsili müəssisəsi Gəncə Tibb Kolleci Səhiyyə Nazirliyinin tabeçiliyindədir və bu sistemdə vəziyyət bir az başqa cürdür. Hərçənd, nazirlik yoxlama aparmasa da, bunu Hesablama Palatası, Maliyyə Nazirliyi, prokurorluq, antikorrupsiya idarəsi apara bilər.
Gəncə Tibb Kollecində baş verən qanunsuzluqlar, direktor Niyazi İbrahimovun rəvac verdiyi neqativ hallar barədə qəzetimizin ötən sayında «Mansard örtüklü qanunsuzluqlar» sərlövhəli tənqidi məqalə dərc olunmuşdu. Məqalədə bildirilmişdi ki, kollec binasının əsaslı təmirinə, ələlxüsus da mansard üslublu dam örtüyünün qurulmasına və başqa təyinatla xeyli pul  xərclənsə də, işlər yekunlaşmır. Bu dəfə öyrəndik ki, direktor dam örtüyünün dəyişdirilməsi üçün hökumətdən ayrılan pul yeyildiyinə görə, artıq neçə dəfədir ki, kollecin müəllimlərindən pul yığır. Bu da öz növbəsində tələbələrə edilən təzyiqi artırır. Məqalədə həmçinin qeyd olunmuşdu ki, tələbələrdən rüşvət toplanılmasına direktorun müavini Kərimxan müəllim ciddiliklə nəzarət edir. etibarlı mənbələrdən öyrənmişik ki, əslində direktorun pulyığanı vəzifəsini onun qudası olduğu bildirilən Rima adlı xanım icra edir. Bu da onun göstəricisidir ki, Niyazi müəllim kollecin idarə edilməsində korrupsiyadan başqa həm də qohumbazlıq prinsiplərinə üstünlük verir. Direktorun özündən aşağı mənsəbdə, mövqedə olan qohumlarına qayğılı münasibətindən xəbər tutduq, görəsən Niyazi müəllimin «yuxarıda» qohumu varmı? Öyrənməyə və bildiyimizi bölüşməyə çalışacağıq.

шаблоны для dle 11.2

Reklam
• Sorğu
Saytımızı bəyəndiniz?



Xəbər lenti
24 11 2024
24 11 2024
24 11 2024
24 11 2024
24 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
22 11 2024
22 11 2024
22 11 2024