Ana səhifə Araşdırma Aktual Problem Siyasət Gündəm Sağlamlıq İqtisadiyyat Dünya Sosial Mədəniyyət Təhsil İdman Region Cəmiyyət Hadisə

Cəmiyyət (23-01-2018, 10:08)
ƏLYAZMALAR İNSTİTUTU BEYNƏLXALQ CƏMİYYƏTINƏ ÜZV SEÇİLMİŞDİR

 

 

 

 

22 yanvar 2018-ci il tarixində AMEA Məhəmməd Füzuli adına Əlyazmalar İnstitutu Baş qərargahı ABŞ-ın Kanzas ştatında yerləşən Beynəlxalq Əlyazmalar Cəmiyyətinə (International Manuscript Society) tamhüquqlu üzv seçilmişdir. 1948-ci ildə yaradılmış bu təşkilat 1953-cü ilədək “Avtoqraf və əlyazma kolleksionerlərinin Milli Cəmiyyəti” adı ilə fəaliyyət göstərmişdir.

Cəmiyyət müxtəlif ölkələrdə yerləşən arxivləri, elmi tədqiqat institutlarını, əlyazma fondlarını, kitabxanaları və s. özündə birləşdirir. Hazırda 1500-dən artıq təşkilat və 3400-ə yaxın arxivarius, əlyazmaşünas və kitabşünas cəmiyyətin üzvüdür.

Əlyazmalar İnstitutunadək MDB ölkələrindən yalnız Rusiya və Ukraynadan olan bir neçə elmi tədqiqat müəssisəsi Beynəlxalq Əlyazmalar Cəmiyyətinin sıralarına qəbul edilmişdir. Artıq Cəmiyyətin vahid reyestrinə İnstitutun və ölkəmizin adı daxil edilmiş, digər üzvlərə İnstitutun fəaliyyəti və fondunda mühafizə olunan əlyazmalar barədə geniş məlumat çatdırılmışdır. Bununla yanaşı, İnstitutun əməkdaşları Cəmiyyətin ildə 4 dəfə nəşr olunan “Əlyazma” (“Manuscript”) adlı elmi jurnalına ödənişsiz abunəçilik əldə etmişlər.

 

шаблоны для dle 11.2

Reklam
• Sorğu
Saytımızı bəyəndiniz?



Xəbər lenti
17 05 2024
17 05 2024
17 05 2024
17 05 2024
17 05 2024
17 05 2024
16 05 2024
16 05 2024
16 05 2024
16 05 2024
16 05 2024
16 05 2024
16 05 2024
16 05 2024
16 05 2024
16 05 2024
16 05 2024
16 05 2024
16 05 2024
16 05 2024
16 05 2024
16 05 2024
16 05 2024
16 05 2024
16 05 2024
16 05 2024
16 05 2024
15 05 2024
15 05 2024
15 05 2024