Ana səhifə Araşdırma Aktual Problem Siyasət Gündəm Sağlamlıq İqtisadiyyat Dünya Sosial Mədəniyyət Təhsil İdman Region Cəmiyyət Hadisə

Cəmiyyət (22-12-2017, 10:07)
Misirli alimlər Əlyazmalar İnstitutunda olublar

Misirli alimlər Əlyazmalar İnstitutunda olublar

 

2017-ci ilin Azərbaycan Respublikasında “İslam həmrəyliyi ili” elan olunmasına dair tədbirlər planına uyğun olaraq ölkəmizdə davamlı şəkildə müxtəlif tədbirlər keçirilir. Qeyd olunan tədbirlər çərçivəsində Misir Ərəb Respublikasının Azərbaycandakı Səfirliyinin Mədəniyyət və Təhsil Əlaqələri Mərkəzinin və Azərbaycan Respublikasının Prezidenti yanında Bilik Fondunun birgə təşkilatçılığı ilə ölkəmizə gələn Misirin Süveyş Kanalı Universitetinin professoru Əbdül Rəhim və İslam Əməkdaşlıq Təşkilatının nəzdində Misir Əlyazmaları İnstitutunun məşhur xəttatı Məhəmməd Amri AMEA-nın M.Füzuli adına Əlyazmalar İnstitutunda görüş keçiriblər.

Tədbiri giriş sözü ilə açan institutun elmi işlər üzrə direktor müavini, fil.ü.e.d. Aybəniz Əliyeva-Kəngərli Əlyazmalar İnstitutunun əlaqələrinin getdikcə genişlənməsindən, “İslam həmrəyliyi ili” çərçivəsində institutda həyata keçirilən layihələrdən ətraflı bəhs edib. O, bu tədbirlərin gələcəkdə də davamlı olacağına əmin olduğunu vurğulayıb.

Ərəbdilli əlyazmaların tədqiqi şöbəsinin müdiri, professor Kamandar Şərifli Misirdən gəlmiş alimlər barədə tədbir iştirakçılarına məlumat verdikdən sonra adıçəkilən ölkədə 1 milyondan artıq əlyazmanın mühafizə olunduğunu diqqətə çatdırıb. O, Misirin Əlyazmalar İnstitutu ilə təcrübə və kadr mübadiləsinin hər iki ölkə üçün səmərəli olduğunu bildirib.

Süveyş Kanalı Universitetinin professoru, ədəbiyyat və humanitar elmlər fakültəsinin təsisçisi və dekanı Əbdül Rəhim tədbir iştirakçılarına əlyazmalar və onların spesifik xüsusiyyətləri ilə bağlı məlumat verib. O, bəşəriyyətin əlyazmalarla bağlı şifahi, yazılı və danışıqdan ibarət üç mərhələdən keçdiyini deyib. Ərəb-islam mədəniyyətini ərəb əlyazmalarını qoruyan mədəniyyət kimi xarakterizə edib. Əlyazmalar üzərində işin bərpadan, araşdırmadan və oxudan ibarət olduğunu bildirən alim təkcə Misir Əlyazmalar İnstitutunda deyil, məscidlərdə və evlərdə də əlyazmaların mühafizə olunduğunu bildirib. O, əlyazmaların ilk dəfə xarici ölkə şərqşünasları tərəfindən araşdırıldığını və tədqiqat zamanı bilərəkdən xeyli “təhriflərə” yol verildiyini də nəzərə çatdırıb.

Sonra çıxış edən İslam Əməkdaşlıq Təşkilatı nəzdində Misir Əlyazmalar İnstitutunun xəttatı Mustafa Məhəmməd Amri Əlyazmalar İnstitutunun əməkdaşlarına üz tutaraq onları qədim sivilizasiyanı qoruyan qəhrəmanlar adlandırıb. O, əlyazmaşünas alimlərin problem və çətinliklərini başa düşdüyünü bildirib və bu işdə onlara uğurlar arzulayıb. Qonaq Qurani-kərimin dörd nüsxədən ibarət əlyazmasını köçürdüyünü bildirərək və həmin əlyazmadan gətirdiyi nümunəni instituta bağışlayıb.

Daha sonra Bilik Fondunun əməkdaşı Almaz Axundova çıxış edərək səmimi qəbula görə institut rəhbərliyinə və əməkdaşlarına minnətdarlığını bildirib.   

Qonaqlar M.Füzuli adına Əlyazmalar İnstitutunun Ekspozisiya zalını da ziyarət ediblər. Əlyazma nüsxələri, xəttatlıq və miniatur nümunələri ilə tanış olublar, institutun xatirə kitabına ürək sözlərini yazıblar.
Misirli alimlər Əlyazmalar İnstitutunda olublar
Misirli alimlər Əlyazmalar İnstitutunda olublar
Misirli alimlər Əlyazmalar İnstitutunda olublar
Misirli alimlər Əlyazmalar İnstitutunda olublar
Misirli alimlər Əlyazmalar İnstitutunda olublar
Misirli alimlər Əlyazmalar İnstitutunda olublar
шаблоны для dle 11.2

Xəbər lenti
12 05 2024
12 05 2024
12 05 2024
12 05 2024
12 05 2024
11 05 2024
11 05 2024
11 05 2024
11 05 2024
11 05 2024
11 05 2024
11 05 2024
11 05 2024
11 05 2024
11 05 2024
11 05 2024
11 05 2024
11 05 2024
11 05 2024
11 05 2024
11 05 2024
11 05 2024
10 05 2024
10 05 2024
10 05 2024
10 05 2024
10 05 2024
10 05 2024
10 05 2024
10 05 2024