Cəmiyyət / Karusel (22-01-2018, 18:01)
Ekoloğiya və Təbii Sərvətlər Nazirliyi haqqında yazılan yazıların heç bir əsası yoxdur-Təkzib
Hüquq və Media qəzeti 2006-cı ildə fəaliyyətə başlayıb və müstəqil informasiya siyasəti həyata keçirən media qurumudur.Qəzetin web saytı olan Mediatv.az isə 2013-ci ildən fəaliyyət göstərir.
Mediatv.az saytı Azərbaycanın ictimai, siyasi, sosial və mədəni həyatında olan yeniliklərlə bərabər, dünyada baş verən maraqlı xəbərləri oxuculara çatdırılır. Bundan başqa, internet qəzetdə müxtəlif sahələrdən bəhs edən müsahibələr, təhlillər, reportajlar, müəllif yazıları işıqlandırılır. Mediatv.az İnternet qəzeti siyasi və sosial qrupların heç birinə qarşı ayrı-seçkilik etmir, tam obyektiv və müstəqil olaraq, şərhsiz xəbər yayır. Bu media layihəsinin işində redaksiyanın yaradıcı kollektivi ilə yanaşı oxucular da aktiv iştirak edirlər. Qəzetin internet saytında oxucuların qarşılaşdıqları hadisələrlə bağlı redaksiyaya operativ məlumat vermək imkanları var. "Mediatv.az."ın kollektivi Azərbaycanda fəaliyyət göstərən bütün dövlət qurumları , siyasi partiyalarla və QHT-lərlə aktiv əməkdaşlığa hazırdır..Çox təəsüf ki nadir hallarda əməkdaşlarımızın dəqiqləşdirilməmiş informasiya yayma hallarına rast gəlmək olur.Belə hallardan biri 08.01 2018-ci il tarixdə gündəmşok saytına istinadən araşdırma aparmadan Ekoloğiya vəTəbii Sərvətlər Nazirliyinin Aparat rəhbəri Rövşən Cəlilovun milyonluq biznesi-Ərəb şeyxləri, mülklər sərlövhəli yazının yer alması olub.Sayt rəhbərliyi yazıdan xəbər tutan kimi xəbər saytdan çıxarılmış və yazını sayta yerləşdirən əməkdaş işindən kənarlaşdırılmışdır.Araşdırılmamış yazı saytımızda dərc olunduöu üçün Ekoloğiya vəTəbii Sərvətlər Nazirliyinin rəhbərliyindən üzr istəyir və bu nazirliklə əməkdaşlıq etməyə hazır olduğumuzu bəyan edirik.
Mediatv.az
