Dünya (31-12-2014, 12:33)
İran-PKK-Fətullah Gülən birliyi üzə çıxdı - Türkiyəni bir-birilərinə pas ötürərək vurmaq istədilər
Türkiyədə Gülən camaatına yaxınlığı ilə tanınan Hürriyyət qəzetinin internet saytı sensasion bir iddia ilə çıxış edib.
Mediatv.az xəbər verir ki, qəzetin internet saytı , bir neçə gün öncə, PKK-ya yaxın saytların guya Türkiyənin Milli İstiğbarat Təşkilatının (MİT) 12 əməkdaşının İŞİD-in səflərində döyüşərək öldürüldüyü iddiasını manşet xəbəri edib.
Heç bir mənbə tərəfindən təsdiq edilmədən və Türkiyənin mühüm bir dövlət orqanını ittiham edən xəbər sosial şəbəkələrdə yayıldıqdan və qəzetin ünvanına edilən sərt tənqidlərdən sonra, saytdan silinib. Qeyd edək ki, bu iddia 20 gün əvvəl İran saytlarında yayıldıqdan sonra, PKK-ya yaxın saytlarda dərc olunub. Qəribə burasındadır ki, Hürriyyət MİT-ə qarşı olan xəbəri məhz PKK saytlarına istinadla yayıb.
İrandan PKK-ya Hürriyyətdən "paralel dövlət"in saytlarına manşet
MİT-i və Türkiyə Cümhuriyyətini hədəfə alan xəbər Hürriyyətin manşetindən götürülsə də informasiya dövriyəyə buraxılıb . "Paralel dövlət"in media orqanları Samanyoluhaber, Bugun, Rotahaber və Aktifhaber saytları xəbəri manşet ediblər.
İran-PKK əməkdaşlıq
Hürriyyətin xəbərinə kəskin reaksiya verilib. Yeni Şafak yazarı Nedret Ersanel qəzeti tənqid edib. Tvitterdə yazılan şərhlər isə diqqətləri PKK-İran əməkdaşlığına çəkib.
İran saytı yazdı BDP soruşdu
Qeyd edək ki, Hürriyyətin yaydığı "12 İŞİD-çı MİT əməkdaşı öldürüldü" xəbəri İranın dini rəhbərinə yaxınlığı ilə seçilən ABNA saytında yayılıb. Bundan sonra isə PKK-nın Fərat Xəbər Agentliyi saytında yayılıb. Daha sonra isə, PKK-nın siyasi qolu BDP-dən olan deputat Faysal bu iddiaları parlamentin gündəminə daşımışdı.
Reklam
Ən çox oxunanlar
• Sorğu
Saytımızı bəyəndiniz?
Xəbər lenti
24 11 2024
24 11 2024
24 11 2024
24 11 2024
24 11 2024
24 11 2024
24 11 2024
24 11 2024
24 11 2024
24 11 2024
24 11 2024
24 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024