Ana səhifə Araşdırma Aktual Problem Siyasət Gündəm Sağlamlıq İqtisadiyyat Dünya Sosial Mədəniyyət Təhsil İdman Region Cəmiyyət Hadisə

Cəmiyyət / Slayd (17-06-2014, 20:08)
General Elçin Quliyevlə icra başçısının villası...! - Xəzər Aslanov göstəriş verib

 

Xızı rayonunun icra başçısı Xəzər Aslanov bir neçə gün öncə icra hakimiyyətində qurtuluş günü ilə bağlı toplantıdakı çıxışında qanunsuz evlərin söküləcəyini bildirib. Bundan sonra Xəzər Aslanov icra nümayəndəsinə bildirib ki, rayondakı parkın ərazisini genişləndirmək üçün təcili ətrafındakı evləri siyahıya alsın. İcra nümayəndəsi başçıya həmin evlərin yüksək vəzifəli məmurların olduğunu deməsi isə, vəziyyəti dəyişməyib.

 

Mediatv.az xəbər verir ki, bu xəbəri Azerinfo.org yayıb. Saytın xəbərinə görə, parkın ətrafında Xızının sabiq icra başçısı, hal-hazırda Beyləqanda icra başçısı işləyən Vaqif Abdullayevin, həmçinin Sərhəd qoşunlarının komandanı Elçin Quliyevin əzəmətli villaları var: "Xatırladaq ki, xüsusi cins itləri olan Vaqif Abdullayev, bu itləri Xızıdakı villasında saxlatdırır. Bir neçə ay öncə isə məhz itlərə görə sabiq başçı ilə Xəzər Aslanov arasında ciddi qalmaqal olmuşdu. Belə ki, icra başçısının itlərini parka buraxdırmayan Xəzər Aslanov sabiq başçının qəzəbinə tuş gəlmişdi. Bundan sonra Vaqif Abdullayevin adamları Xəzər Aslanovun Xızıdakı əməlləri konkret faktlarla Prezident aparatına göndərildiyi iddia edilir".

 

Onu da qeyd edək ki, hələ bir il əvvəl Milli Məclisin deputatı Zeynəb Xanlarova bildirmişdi ki, Altıağac Milli Parkında boş yer qalmayıb, torpaqlar məmurlar tərəfindən zəbt edilib, orada villalar, saraylar ucaldılıb, yerli camaat isə qara gündə yaşayır. 

 

Qeyd edək ki, adıçəkilən məmur 1970-ci ildə Bakı şəhərində anadan olub. Əmək fəaliyyətinə 1987-ci ildə Xırdalan Südçülük savxozunda fəhlə kimi başlayıb, 1988-ci il tarixə kimi həmin müəssisədə çalışıb. 1994-cü ildən 2002-ci ilədək Daxili İşlər Nazirliyində əməliyyatçı, 2006-cı ildə Xanlar rayon İcra Hakimiyyəti başçısının I müavini vəzifəsində işləyib. Prezidentin 10 aprel 2012-ci il tarixli, 2138 saylı sərəncamı ilə Xızıya başçı təyin edilib.

 

 

шаблоны для dle 11.2

Xəbər lenti
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024
21 11 2024
21 11 2024
21 11 2024
21 11 2024
21 11 2024
21 11 2024
21 11 2024
21 11 2024
21 11 2024
21 11 2024
21 11 2024
21 11 2024
21 11 2024
21 11 2024
21 11 2024
21 11 2024
21 11 2024
21 11 2024
21 11 2024
21 11 2024
21 11 2024
21 11 2024
21 11 2024
21 11 2024