Ana səhifə Araşdırma Aktual Problem Siyasət Gündəm Sağlamlıq İqtisadiyyat Dünya Sosial Mədəniyyət Təhsil İdman Region Cəmiyyət Hadisə

Sosial (13-04-2014, 22:52)
İcra başçısı nurçularla iş birliyində - İDDİA

İcra başçısı nurçularla iş birliyində - İDDİA

Siyəzən rayon İcra Hakmiyyətinin başçısı Arif Qasımovun adı nurçularla iş birliyində hallandırılır. 

Bu barədə Qaynar.info-ya daxil olan məlumatda qeyd olunur. 

Bildirilir ki, icra başçısı Türkiyə və Azərbaycanda son zamanlar böyük qalmaqal yaradan "Nurçu" şəbəkəyə yaxın şəxslərdən biridir. Onun rayonda nurçulara geniş şərait yaratması, həmçinin bu şəbəkənin Siyəzəndə möhkəmlənməsi üçün imkanlar yaratdığı iddia olunur. 

Mənbə bildirir ki, son 2 il ərzində Siyəzəndən Türkiyəyə - "Gülən məktəbləri"nə göndərilən gənclərin sayına diqqət edilsə, ortaya daha ciddi faktlar çıxacaq. Belə ki, ölkədə nurçu şəbəkəsinə aid olan məktəblərdə oxuyan siyəzənli gənclərin sayı bütün digər rayonlarla müqayisədə çoxluq təşkil edir. 

İddia edilir ki, həmin gənclərin Türkiyəyə göndərilməsində İcra Hakimiyyətindəki bir sıra məmurlar daha çox canfəşanlıq edir. Həmin məmurlara da Arif Qasımov tərəfindən tapşırıq verildiyi bildirilir. 

Bundan başqa, məlumatda icra başçısının "Nurçu" qalmaqalı ilə Prezident Adminstrasiyasından uzaqlaşdırılan Elnur Aslanovun yaxın kadrlarından olduğu xüsusi vurğulanır. 

Mövzu ilə bağlı Arif Qasımovla əlaqə saxlamaq cəhdlərimiz baş tutmadı. 

Qarşı tərəfin də mövqeyini dərc etməyə hazırıq. 

Xatırladaq ki, Siyəzən Rayon İcra Hakimiyyətinin başçısı Arif Adil oğlu Qasımov 12 mart 1965-ci ildə Naxçıvan Muxtar Respublikası, Şərur rayonu, Xanlıqlar kəndində anadan olub. Azərbaycan Dövlət İqtisad İnstitutunu iqtisadçı və Naxçıvan Dövlət Universitetini hüquqşünas ixtisasları üzrə bitirmişdir. Əmək fəaliyyətinə başladıqdan sonra müxtəlif vəzifələrdə, o cümlədən Naxçıvan Muxtar Respublikası dövlət əmlakı nazirinin köməkçisi, Binəqədi Rayon İcra Hakimiyyəti başçısının Biləcəri qəsəbəsi üzrə nümayəndəsi, Nizami Rayon İcra Hakimiyyəti başçısının Keşlə qəsəbəsi üzrə nümayəndəsi vəzifələrində işləyib. Sonuncu iş yeri Bakı şəhəri, Nizami Bələdiyyəsinin sədri vəzifəsi olub. Azərbaycan Respublikası Prezidentinin 19 iyul 2011-ci il tarixli sərəncamı ilə Siyəzən Rayon İcra Hakimiyyətinin başçısı təyin edilib. 

шаблоны для dle 11.2

Xəbər lenti
18 09 2024
18 09 2024
18 09 2024
18 09 2024
18 09 2024
18 09 2024
18 09 2024
18 09 2024
18 09 2024
18 09 2024
18 09 2024
18 09 2024
18 09 2024
18 09 2024
18 09 2024
18 09 2024
18 09 2024
18 09 2024
18 09 2024
18 09 2024
18 09 2024
18 09 2024
18 09 2024
18 09 2024
18 09 2024
18 09 2024
18 09 2024
18 09 2024
17 09 2024
17 09 2024