Cəmiyyət (28-11-2017, 12:30)
AMEA GENETİK EHTİYATLAR İNSTİTUTUNUN ƏMƏKDAŞI ADAU-da YENİDƏN MÜHAZİRƏLƏRƏ BAŞLAYIB
AMEA-nın Genetik Ehtiyatlar İnstitutunun virisologiya qrupunun rəhbəri, biologiya elmləri üzrə fəlsəfə doktoru Eldar Mustafayev Azərbaycan Dövlət Aqrar Universitetinin Aqranomluq fakültəsində yenidən mühazirələrə başlayıb. Hər iki tərəf arasında bağlanan müqaviləyə uyğun aparılan dərslər tələbələrdə böyük maraq yaradıb.
Eldar Mustafayev Genetik Ehtiyatlar İnstitutu ilə ADAU arasında bağlanan müqavilə əsasında tələbələr və müəllimlər qarşısında bir neçə mühazirə ilə çıxış edəcək. “Dənli-taxıl bitkilərində yayılmış viruslar”, “Paxlalı bitkilərdə yayılmış virus xəstəlikləri”, “Virus xəstəliklərinə davamlılığın öyrənilməsi”, “Viruslar bitkilərin xəstəlik törədiciləridir” və “Virus xəstəliklərinin təyin edilməsi” mövzularını əhatə edən mühazirələr sözügedən sahənin daha mükəmməl öyrənilməsində böyük rol oynayacaq.
" Tərəvəz, kartof və tağlı bitkilərinin virus xəstəlikləri" haqqında ilk mühazirə diqqətlə dinlənilib, maraqlı fikir mübadilələri aparılıb, tələblərin çoxsaylı sualları cavablandırılıb. Mühazirələrin dolğunluğunu təmin etmək məqsədilə laboratoriyalarda sınaq işləri aparılıb, təcrübə sahələrində xəstəliyin əyani formaları göstərilib və müalicə metodları izah edilib.
