Sosial (27-11-2015, 12:10)
GENETİK EHTİYATLAR İNSTİTUTUNUN ƏMƏKDAŞI AQRAR UNİVERSİTETDƏ MÜHAZİRƏ OXUYUB- FOTOLAR
AMEA-nın Genetik Ehtiyatlar İnstitutu ilə Azərbaycan Dövlət Aqrar Universiteti arasında bağlanan müqavilə elmi dəyərlərə söykənərək uğurlu nəticələrə yol açır. Qarşılıqlı əməkdaşlığın əsasını institutun əməkdaşlarının Dövlət Aqrar Universitetinin auditoriyalarında günün tələbləri ilə səslənən mühazərələrin oxunması təşkil edir.
Mediatv.az-a bu barətə ADAU-nun mətbuat xidmətinin rəhbəri Qalib Rəhimli məlumat verib. Bildirib ki, İmmunogenetika şöbəsinin böyük elmi işçis, biologiya üzrə fılsəfə doktoru Eldar Mustafayev Genetik Ehtiyatlar İnstitutu ilə ADAU arasında bağlanan müqavilə əsasında tələbələr və müəllimlər qarşısında bir neçə mühazirə ilə çıxış edib. “Dənli-taxıl bitkilərində yayılmış viruslar”, “Paxlalı bitkilərdə yayılmış virus xəstəlikləri”, “Virus xəstəliklərinə davamlılığın öyrənilməsi”, “Viruslar bitkilərin xəstəlik törədiciləridir” və “Virus xəstəliklərinin təyin edilməsi” mövzularını əhatə edən hər mühazirə diqqətlə dinlənilib, maraqlı fikir mübadilələri aparılıb, tələblərin çoxsaylı sualları cavablandırılıb. Mühazirələrin dolğunluğunu təmin etmək məqsədilə laborotoriyalarda sınaq işləri aparılıb, təcrübə sahələrində xəstəliyin əyani formaları göstərilib və müalicə metodları izah edilib.
3 gün davam edən mühazirə oxunuşunun sonunda kartof bitkisində yayılan virus xəstəliklərinin təyini mövzusunda təlim kursu, laborotoriyada analizlər keçirilib.
Nəzərə çatdıraq ki, bu mövzuda iş FAO-nun Kənd Təsərrüfatı Nazirliyi ilə birgə lahiyəsi çərçivəsində həyata keçirilir.
