Ana səhifə Araşdırma Aktual Problem Siyasət Gündəm Sağlamlıq İqtisadiyyat Dünya Sosial Mədəniyyət Təhsil İdman Region Cəmiyyət Hadisə

Sosial (27-10-2015, 15:10)
ADAU-da ustad dərslərinə başlanılıb

 

Azərbaycan Dövlət Aqrar Universitetində “Aqrar elmin və təhsilin innovativ inkişafı: dünya təcrübəsi və müasir prioritetlər” mövzusunda keçirilən beynəlxalq elmi praktik konfransda iştirak üçün gələn xarici ölkə professorları fakültələrdə ustad dərslərinə başlayıb.
Mediatv.az-a ADAU-nun mətbuat xidmətindən verilən məlmata görə ilk dərs Aqronomluq fakültəsinin 315 saylı auditoriyasında ABŞ-ın İllinoys Universitetinin professoru, ADAU-nun fəxri doktoru Mohəmməd Babadoos tərəfindən nəzəri və praktiki formada keçirilib. “ Bitki Xəstəlikləri, Onların Diaqnozu və Xəstəliklərin Idarə Olunması” mövzusunda 2 gün davam edən dərs maraqla dinlənilib, diskusiya şəklində qurulub. Həmin fakültənin 103 saylı auditoriyasında isə Sloveniyanın Novo Qorsiya Universitetinin Tədris İşləri üzrə prorektoru, professor Mladen Franko “Ətraf Mühitin Qorunması və Onun Kənd Təsərrüfatı ilə əlaqəsi mövzudan 1 gün ərzində nəzəri və praktiki ustad dərsi keçib. Hər iki mühazirədə aqranomluq fakültəsinin 30 tələbəsi və 10 müəllim-professoru dinləyici kimi iştirak edib. Dərs zamanı əsas diqqət təcrübədə istifadə olunan texnologiyalara, ixtisaslı kadrların yetişdirilməsi üçün istifadə olunan metodlara yönəldilib. Bir sıra suallar barədə professorla müzakirələr aparılıb.
Universitetin Baytarlıq fakültəsində isə Türkiyənin Səlcuq universitetinin Veterinar fakültəsinin Parazitologiya bölməsinin dekan köməkçisi, professor Uğur Uslunun mühazirələri dinlənilib. İki gün davam edən mühazirələr Parazitolojik Təşhis Metodları, Larva Debridman tedavisi və Krım Konqo Kanamalı Ateşi mövzularında olub, auditoriyada olan tələbələrin, müəllim-professorların marağına uyğun gəlib
ADAU-da ustad dərslərinə başlanılıb
шаблоны для dle 11.2

Reklam
• Sorğu
Saytımızı bəyəndiniz?



Xəbər lenti
18 05 2024
18 05 2024
18 05 2024
18 05 2024
18 05 2024
18 05 2024
18 05 2024
18 05 2024
18 05 2024
18 05 2024
18 05 2024
18 05 2024
18 05 2024
18 05 2024
18 05 2024
18 05 2024
17 05 2024
17 05 2024
17 05 2024
17 05 2024
17 05 2024
17 05 2024
17 05 2024
17 05 2024
17 05 2024
17 05 2024
17 05 2024
17 05 2024
17 05 2024
17 05 2024