Cəmiyyət (26-10-2017, 21:21)
Gənclər evi tədbir keçirdi
Azərbaycan Respublikasının Gənclər və İdman Nazirliyinin Suraxanı rayon Gənclər Evi Sosial-xidmət müəssisəsi,Möhtərəm Prezidentimiz İlham Əliyev cənablarının Dövlət Gənclər siyasəti haqqında uşaq. yeniyetmə və gənclərlə bağlı imzaladığı müxtəlif Dövlət proqramına əsaslanaraq uşaq və yeniyetmələrin asudə vaxtlarının səmərəli təşkili, intellektual səviyyələrinin yüksəldilməsi, onların mədəni və əyləncəli istirahətinin təşkili məqsədilə 23 və 24 oktyabr 2017 -ci il tarixlərdə hər gün 3 seans olmaqla(saat 13:00 15:00 və 17:00-da) Suraxanı Gənclər Evi sosial-xidmət müəssisəsində rayon ərazisində yerləşən uşaq bağçaları və orta məktəblərin ibtidai sinif şagirdləri üçün müxtəlif nağıl personajları və anımatorların iştirakı ilə ödənişsiz olaraq maraqlı.əyləncəli şou proqram təşkil etmişdir.Yaradıcı Gənclər Təşkilatının rəhbəri Teymur Nəcəf tədbirin keçrilməsinə böyük dəstək vermişdir.
