Cəmiyyət (5-03-2015, 00:22)
Ağdam Gənclər Birliyinın konfransı keçirilib
yon təşkilatının Gənclər Birliyinin IV konfransı keçirilib. Konfransdan əvvəl təşkilatın üzvləri ulu öndər Heydər Əliyevin abidəsini ziyarət ediblər. Daha sonra konfrans Ağdam Musiqi Kollecinin zalında davam etdirilib.
“Həftə içi”nin verdiyi xəbərə görə, tədbirdə Prezident Administrasiyası İctimai-Siyasi məsələlər şöbəsinin sektor müdiri Qafar Əliyev, YAP mərkəzi Aparatının məsul işçisi Araz Xudadanov, Ağdam Rayon İcra Hakimiyyəti başçısı Raqub Məmmədov, YAP Ağdam rayon ərazi ilk partiya təşkilatı sədrləri, Gənclər iştirak və çıxış ediblər. YAP Ağdam rayon təşkilatının sədri İsgəndər Quliyev gündəlikdə duran məsələlərlə konfrans iştirakçılarını tanış edib. Konfransda iştirak edən qonaqlar və gənclər çıxış edərək, Azərbaycan dövlətinin gənclərə göstərdiyi diqqət və qayğıdan, ulu öndər Heydər Əliyevin təməlini qoyduğu dövlət gənclər siyasətinin prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilməsindən, ölkəmizin sosial-iqtisadi, ictimai-mədəni, eləcə də idman həyatında gənclərin fəaliyyətindən danışıblar.
Bildirilib ki, YAP Gənclər Birliyi respublikamızın öndə gedən gənclər təşkilatıdır. Partiya üzvlərinin 254 min nəfərini gənclər təşkil edir. Tədbirdə YAP Ağdam rayon təşkilatı Gənclər Birliyinin hesabatı dinlənilib. Məlumat verilib ki, rayon təşkilatının 5 min 927 nəfər üzvündən 1741-i gənclərdir. Hesabat ətrafında rayon Gənclər və İdman İdarəsinin rəisi Elnur Əhmədov, Ağdam rayon Quzanlı qəsəbə ərazi nümayəndəsi Xəyalə Əliyeva, Partiya fəalı Elmir Rüstəmov çıxış etdilər.
Sonra rayon təşkilatı Gənclər birliyi 21 nəfərdən ibarət şurasının və 11 nəfərdən ibarət idarə heyətinin yeni tərkibinın seçilməsi təklif edilib. Konfrans iştirakçılarının yekdil qərarı ilə YAP rayon təşkilatı Gənclər Birliyi Şurasının və İdarə Heyətinin yeni tərkibi seçilib.
Daha sonra digər təşkilatı məsələ olan YAP Ağdam rayon təşkilatı Gənclər Birliyinin sədri seçilməsi məsələsi konfrans iştirakçılarının diqqətinə çatdırılıb.
Konfrans iştirakçılarının təklifi əsasında 1985-ci il təvəllüdlü, ali təhsilli, Ağdam rayon Mədəniyyət və Turizm şöbəsinin müdir müavini vəzifəsində işləyən Azər Asif Əliyev YAP Ağdam rayon təşkilatı Gənclər Birliyinin sədri seçililib. Eləcə də YAP Ağdam rayon təşkilatı üzvlərindən YAP Gənclər Birliyinin IV konfransına nümayəndələr seçilib.
Tədbirin sonunda YAP sıralarına yeni üzv olan bir sıra gənclərə partiya üzvlük vəsiqələri təqdim edilib.
Qələndər Xaçınçaylı