Siyasət (31-05-2015, 14:41)
Nazir müavini BMT-də çıxış etdi
Gənclər və idman nazirinin müavini İntiqam Babayevin rəhbərliyi ilə Azərbaycan nümayəndə heyəti 29 may 2015-ci il tarixdə BMT Baş Assambleyasında Gənclər üçün Fəaliyyət üzrə Dünya Proqramının (World Programme of Action for Youth) 20-ci ildönümünə həsr edilmiş ali dərəcəli xüsusi sessiyada iştirak edib
Mediatv.az xəbər verir ki, Gənclər və İdman Nazirliyinin mətbuat xidmətindən verilən məlumata görə, Gənclər üçün Fəaliyyət üzrə Dünya Proqramı (World Programme of Action for Youth) 1995-ci ildə BMT Baş Assambleyası tərəfindən qəbul edilib. 20 il əvvəl beynəlxalq ictimaiyyətin gənclərlə bağlı götürdüyü öhdəliklərin necə icra olunduğunu müzakirə etmək, gənclər siyasəti sahəsində mövcud çətinlikləri və növbəti hədəfləri müəyyən etmək məqsədi ilə keçirilən xüsusi sessiyada, BMT Baş katibi Pan Gi Mun, Baş Assambleyanın Prezidenti Sam Kutesa, Baş katibinin Gənclər üzrə xüsusi elçisi Əhməd Əlhəndavi, 60-a yaxın ölkənin nazir və nazir müavinləri, beynəlxalq təşkilatların nümayəndələri və müxtəlif ölkələrdən fəal gənclər iştirak ediblər.
İntiqam Babayev çıxışında Azərbaycanın uğurlu gənclər siyasəti modelindən, bu sahədə əldə olunan bir sıra nailiyyətlərdən söz açıb və bu uğurlara ölkənin 20 faiz torpaqlarının işğal altında olmasına baxmayaraq nail olduğumuzu xüsusilə qeyd etdi. Nazir müavininin çıxışda keçən ilin oktyabr ayında Bakıda keçirilən Gənclər Siyasəti üzrə Birinci Qlobal Forum və Forumda qəbul edilən Bakı Öhdəlikləri də geniş yer alıb.
Digər çıxışçılar, o cümlədən Pan Gi Mun və Sam Kutesa da Bakı Öhdəliklərini və onların müasir beynəlxalq gənclər siyasəti üçün əsas prinsiplər təşkil etdiyini vurğulayıblar.
Reklam
Ən çox oxunanlar
• Sorğu
Saytımızı bəyəndiniz?
Xəbər lenti
25 11 2024
25 11 2024
25 11 2024
25 11 2024
25 11 2024
25 11 2024
25 11 2024
25 11 2024
25 11 2024
25 11 2024
25 11 2024
25 11 2024
25 11 2024
25 11 2024
25 11 2024
25 11 2024
25 11 2024
25 11 2024
25 11 2024
25 11 2024
24 11 2024
24 11 2024
24 11 2024
24 11 2024
24 11 2024
24 11 2024
24 11 2024
24 11 2024
24 11 2024
24 11 2024