Ana səhifə Araşdırma Aktual Problem Siyasət Gündəm Sağlamlıq İqtisadiyyat Dünya Sosial Mədəniyyət Təhsil İdman Region Cəmiyyət Hadisə

Cəmiyyət (9-10-2017, 11:22)
Alimlərimiz Kazanda elmi-praktik konfransında iştirak ediblər

Alimlərimiz Kazanda elmi-praktik konfransında iştirak ediblər

 

AMEA Məhəmməd Füzuli adına Əlyazmalar İnstitutunun elmi katibi, fil.ü.f.d., dosent Əzizağa Bayram oğlu Nəcəfov və institutun “Əlyazmaların elmi ekspozisiyası və təqdimi” şöbəsinin aparıcı elmi işçisi Aynur Günəş qızı Nəcəfova 04-07 oktyabr 2017-ci il tarixlərində Rusiya Federasiyasının Tatarıstan Respublikasının paytaxtı Kazan şəhərində yerləşən Kazan Federal (Volqaboyu) Universitetinin nəzdində fəaliyyət göstərən “Beynəlxalq əlaqələr, tarix və şərqşünaslıq İnstitutu”nun təşkilatçılığı ilə keçirilən “Rusiya-Çin: tarix və mədəniyyət” mövzusunda X yubiley elmi-praktik konfransında iştirak ediblər.

Dosent Əzizağa Nəcəfov Sankt-Peterburq Universitetinin professoru V.L.Uspenskinin sədrliyi ilə keçən “Çinin tarixi” bölümündə “Çinin və çinli obrazlarının Nizami Gəncəvi Xəmsə”sində bədii əksi” mövzusunda, aparıcı elmi işçi Aynur Nəcəfova isə Kazan Federal Universitetinin Çin dili və ədəbiyyatının tədrisinin analizi və çinşünaslıq kafedrasının müdiri professor Ə.R. Alikberovanın moderatorluğu ilə keçən “Çin dilinin tədrisinin metodikası” adlı bölümdə “Qədim Çin ədəbiyyatı nümunələrinin Azərbaycan ali məktəblərində öyrənilməsi problemi (Bakı Dövlət Universitetinin təcrübəsi əsasında)” mövzusunda məruzə ediblər.

Alimlərimizin bu məruzəsi ilə yanaşı, İnstitutumuzun elmi işçisi Tahirə Əliyevanın da “XVI əsrin böyük alimi Piri Rəyisin “Kitabi-Bəhriyyə” əsərində Çinin təsviri” mövzusunda məruzəsinin tam mətni konfrans materiallarına daxil edilib.

Qeyd edək ki, konfrans müddətində alimlərimiz Tatarıstan Respublikası Elmlər Akademiyasında, Milli Kitabxanada və Kazan Federal Universiteti nəzdində fəaliyyət göstərən İslam ölkələri araşdırmaları mərkəzində, Milli Etnoqrafiya Muzeyində də olmuş, alim və mütəxəssislərlə görüşüb, fikir mübadiləsi aparıblar.

 

 

шаблоны для dle 11.2

Xəbər lenti
5 05 2024
5 05 2024
5 05 2024
5 05 2024
5 05 2024
5 05 2024
5 05 2024
5 05 2024
5 05 2024
4 05 2024
4 05 2024
4 05 2024
4 05 2024
4 05 2024
4 05 2024
4 05 2024
4 05 2024
4 05 2024
4 05 2024
4 05 2024
4 05 2024
4 05 2024
4 05 2024
4 05 2024
4 05 2024
3 05 2024
3 05 2024
3 05 2024
3 05 2024
3 05 2024