Ana səhifə Araşdırma Aktual Problem Siyasət Gündəm Sağlamlıq İqtisadiyyat Dünya Sosial Mədəniyyət Təhsil İdman Region Cəmiyyət Hadisə

Sosial (3-05-2014, 23:48)
Nazirlikdən prezidentin yeni təyin etdiyi rektorla bağlı- Açıqlama

Nazirlikdən prezidentin yeni təyin etdiyi rektorla bağlı- Açıqlama

 

Təhsil Nazirliyi Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinə rektor təyin olunan Fərəh Əliyeva bağlı açıqlama yayıb. 

 

“Mediatv.az” xəbər verir ki, nazirlikdən Lent.az-a daxil olan məlumata görə, F. Əliyeva adıçəkilən nazirliyin Elmi-metodik Şurasının «Musiqişünaslıq və incəsənət» bölməsinin üzvü və elmi katibidir. Bundan başqa yeni rektor 1994-cü ildə «XX əsrin 60-70-ci illərin I yarısında Azərbaycan bəstəkarlarının yaradıcılığında bəzi üslub təmayülləri» mövzusunda namizədlik dissertasiyasını müdafiə edərək, sənətşünaslıq namizədi elmi dərəcəsinə layıq görülüb. 1995-ci ildən dosentdir.

Qeyd edək ki, dünən Prezident İlham Əliyevin sərəncamı ilə F. Əliyeva Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin rektoru vəzifəsinə təyin olunub.

Məlumat üçün qeyd edək ki, Fərəh Şirməmməd qızı Əliyeva 1984-cü ildə Üzeyir Hacıbəyov adına Azərbaycan Dövlət Konservatoriyasının tarix-nəzəriyyə şöbəsini bitirib. Həmin ildən musiqi tarixi kafedrasında müəllimlik fəaliyyətinə başlayıb. Bakı Musiqi Akademiyasının elmi katibi, ixtisasartırma fakültəsinin dekanı vəzifələrində çalışıb. 1986-1991-ci illərdə aspiranturada oxuyub. 1994-cü ildə «XX əsrin 60-70-ci illərin I yarısında Azərbaycan bəstəkarlarının yaradıcılığında bəzi üslub təmayülləri» mövzusunda namizədlik dissertasiyasını müdafiə edərək, sənətşünaslıq namizədi elmi dərəcəsinə layıq görülüb. 1995-ci ildən dosentdir. Azərbaycan Bəstəkarlar İttifaqının üzvüdür. Elmi konfrans və müsabiqələrin fəal iştirakçısıdır. Elmi monoqrafiya, elmi və elmi-populyar məqalələrin müəllifidir.

 

шаблоны для dle 11.2

Reklam
• Sorğu
Saytımızı bəyəndiniz?



Xəbər lenti
20 05 2024
20 05 2024
20 05 2024
20 05 2024
20 05 2024
20 05 2024
20 05 2024
20 05 2024
20 05 2024
20 05 2024
20 05 2024
20 05 2024
20 05 2024
20 05 2024
20 05 2024
20 05 2024
20 05 2024
20 05 2024
20 05 2024
20 05 2024
20 05 2024
20 05 2024
20 05 2024
20 05 2024
20 05 2024
19 05 2024
19 05 2024
18 05 2024
18 05 2024
18 05 2024