Ana səhifə Araşdırma Aktual Problem Siyasət Gündəm Sağlamlıq İqtisadiyyat Dünya Sosial Mədəniyyət Təhsil İdman Region Cəmiyyət Hadisə

Sosial (2-06-2016, 17:23)
GDU-da “Müasir mərhələdə Azərbaycanda multikultural dəyərlər” adlı elmi-praktik konfrans keçirilib- FOTOLAR

 GDU-da “Müasir mərhələdə Azərbaycanda multikultural dəyərlər” adlı elmi-praktik konfrans keçirilib- FOTOLAR

 

Gəncə Dövlət Universiteti YAP Gənclər Birliyinin təşəbbüsü ilə Slavyan Universiteti ilə birgə “Müasir mərhələdə Azərbaycanda multikultural dəyərlər” adlı elmi-praktik konfrans keçirilib.

Mediatv.az xəbər verir ki, tədbir iştirakçıları əvvəlcə ulu öndər Heydər Əliyevin abidəsini ziyarət edib, önünə hörmət və ehtiram əlaməti olaraq təzə-tər gül dəstələri qoyublar. Rektor professor Yusif Yusifov elmi-praktik konfransı giriş sözü ilə açaraq, bildirib ki, multikultural dəyərlərə həsr edilən elmi-praktik konfranslar yüksək dəyərlərin qorunmasında, yaşadılmasında, eləcə də ölkəmizlə bağlı həqiqətlərin faktlar əsasında dünya ictimaiyyətinə çatdırılmasında mühüm rol oynayır. Azərbaycanda tarixən multikultural dəyərlərə hörmətlə yanaşılıb, tolerantlıq modelinin dünyada nümunəsinə çevrilib. GDU-nun prorektoru Gülsüm Fətəliyeva , Sosial fənnlər kafedrasının baş müəllimi, siyasi elmlər üzrə fəlsəfə doktoru Asim Məmmədov, ölkədə multikultural ənənələrin tarixi, bu günədək qorunub saxlanılması daim diqqət mərkəzində olduğunu bildiriblər. Qeyd ediblər ki, Azərbaycanda yaşayan bütün etnik xalqların dili və dini qorunur. Hazırda respublikada olan 400-ə yaxın orta məktəbdə azsaylı xalqların uşaqları öz dillərində tədris alırlar. Bakı Slavyan Universitetinin Azərbaycan Multikulturalizm kafedrasının dosenti, tarix üzrə fəlsəfə doktoru Rauf Hacıyev bildirib ki, multikulturalizm ilində konfransların, simpoziumların, tələbələr arasında görüşlərin, universitetlər arasında əlaqələrin qurulması və eyni zamanda hər bir universitet daxilində müəyyən əlavə proqramlarda təklif oluna bilər. Dünyada örnək olacaq multikultural dəyərlərin inkişaf etdirilməsinə yönələn elmi-praktik konfransda Gəncə Dövlət Universitetinin və Bakı Slavyan Universitetinin bu istiqamətdə apardığı birgə fəaliyyətdən danışılıb, ölkəmizin multikultural dəyərlərinə həsr edilən videoçarx nümayiş etdirilib. Tədbir iştirakçıları İmamzadə dini-memarlıq kompleksində olub, şəhərin qədim tarixi, zəngin mədəniyyəti ilə yaxından tanış olublar.

GDU-da “Müasir mərhələdə Azərbaycanda multikultural dəyərlər” adlı elmi-praktik konfrans keçirilib- FOTOLAR

шаблоны для dle 11.2

Reklam
• Sorğu
Saytımızı bəyəndiniz?



Xəbər lenti
16 05 2025
16 05 2025
16 05 2025
16 05 2025
16 05 2025
16 05 2025
16 05 2025
16 05 2025
16 05 2025
16 05 2025
16 05 2025
16 05 2025
16 05 2025
16 05 2025
16 05 2025
16 05 2025
16 05 2025
16 05 2025
16 05 2025
16 05 2025
16 05 2025
16 05 2025
16 05 2025
16 05 2025
16 05 2025
16 05 2025
16 05 2025
16 05 2025
16 05 2025
15 05 2025