Sosial (Bu gün, 09:42)
Naxçıvan televiziyasında NƏ İŞLƏR ÇEVRİLİR? - İLGİNC İDDİALAR
Yəqin ki, nağıllarda ikibaşlı əjdaha obrazları ilə çox qarşılaşıbsınız. Heç uzağa getməyək, şimal qonşumuz Rusiyanın rəsmi simolikası ikibaşlı qartaldır. Bir çoxlarımız təbii ki, bu ikibaşlı varlıqları xəyal ürünü hesab edirdik. Di gəl ki, bəzi şəxslərin “Gülüm Naxçıvan” adlandırdığı Muxtar Respublikada bu ikibaşlı xəyal ürünləri günün ən adi reallığına çevrilib..." "DİA-AZ" xəbər verir ki, bunu özünün sosial şəbəkə hesabında tanınmış jurnalist Heydər Oğuz qeyd edib.
O daha sonra bildirir: "İnanmırsınız, onda gəlin, Naxçıvan TV-dən redaksiyamıza ünvanlanan bir məktubun məzmunu ilə tanış olaq.
Məktub nöqtə-vergülünə toxunulmadan dərc olunur:
“Naxçıvan teleradiosunda intizam qaydaları tamamilə pozulub. Teleradionun sədri vəzifəsini müvəqqəti icra edən İlhamə Novruzova kollektivi idarə edə bilmir. İş o yerə çatıb ki, Naxçıvan teleradiosunda ikili rəhbərlik yaranıb. Onlardan biri dövlətin qurumun sədri vəzifəsini həvalə etdiyi müavin İlhamə Novruzova, digəri isə ona tabe olmayan müavin Xaliq Babayevdir.
Naxçıvan teleradiosunun sədr müavini Xaliq Babayev dünən sədr əvəzi İlhamə Novruzovadan icazə almadan öz xidməti maşını ilə Şahbuz rayonunun Keçili kəndinə gedib. Xidməti avtomobili sürmək hüququ olmamasına baxmayaraq, özü idarə edib. Yanında kimi apardığı bizə məlum olsa da onu açıqlamaq istəmirik. Özünü Naxçıvan teleradiosunun sədri kimi aparan, heç kimi saymayan Xaliq Babayev yolda həm də təlimçi funksiyasını yerinə yetirib. Yəni yanında apardığı adama dövlətin avtomolbili ilə sürücülük kursu keçib.
Mənbəmiz bildirir ki, Xaliq Babayev kurasuya etdiyi sahələrin əməkdaşlarına sədr əvəzini saymamaq barədə tapşırıqlar verib. O, bəzi əməkdaşları inandırıb ki, yaxın günlərdə TV-yə sədr təyin olunacaq. Deyib ki, AMEA-nın prezidenti, akademik İsa Həbibbəyli (el arasında ona Pəncov və ya Perevod İsa da deyirlər) onun ağsaqqalıdır. İsa Həbibbəyli onun sədr təyin edilməsi üçün yuxarı dairələrlə danışıqlar aparıb və razılıq alıb.
Bu faktlar onu göstərir ki, Naxçıvan teleradiosunda özbaşınalıq hökm sürür..."
Reklam
Ən çox oxunanlar
• Sorğu
Saytımızı bəyəndiniz?
Xəbər lenti
29 01 2026
29 01 2026
29 01 2026
29 01 2026
29 01 2026
29 01 2026
29 01 2026
29 01 2026
28 01 2026
28 01 2026
28 01 2026
28 01 2026
28 01 2026
28 01 2026
28 01 2026
28 01 2026
28 01 2026
28 01 2026
28 01 2026
28 01 2026
28 01 2026
28 01 2026
28 01 2026
28 01 2026
28 01 2026
28 01 2026
28 01 2026
27 01 2026
27 01 2026
27 01 2026


























