Ana səhifə Araşdırma Aktual Problem Siyasət Gündəm Sağlamlıq İqtisadiyyat Dünya Sosial Mədəniyyət Təhsil İdman Region Cəmiyyət Hadisə

Cəmiyyət (8-12-2016, 11:44)
Gömrük Komitəsinin qapılarını qaçaqmala kim açır? - MÜƏMMA

Gömrük Komitəsinin qapılarını qaçaqmala kim açır?
Mediatv.az:  Bakıda ticarət mərkəzində partlayıcı oyuncaqlar və pirotexniki məmulatlar aşkar edilərək götürülüb. Daxili İşlər Nazirliyinin rəsmi saytına istinadən verdiyi məlumata görə, Baş İctimai Təhlükəsizlik İdarəsi əməkdaşları tərəfindən Qaradağ rayonu ərazisindəki ticarət mərkəzində səyyar ticarətlə məşğul olan Cavanqulu Məmmədovdan 10000 ədəd, Fərid Qəmbərovdan isə 6000 ədəd yüksək səsyayıcı qabiliyyətə malik olan partlayıcı oyuncaqlar və pirotexniki məmulatlar götürülüb (moderator.az).

Qafqaz Xəbər Agentliyi olaraq bizdə sual yarandı ki, əgər bu məmulatlar qadağan olunubsa, ölkə ərazisinə necə keçirilib? Bu məsələni aydınlaşdırmaq üçün Gömrük Komitəsinin mətbuat xidmətin rəhbəri Natiq Axundova müraciət etdik.

“Pirotexniki vasitələrə qarşı mübarizə mütəmadi aparılır, yəqin ki, xəbərlərimiz barədə məlumatınız var. Müntəzəm olaraq buna qarşı mübarizə gedir” – deyə Natiq Axundov bildirdi. “Bu satışda varsa, necə olub gömrükdən keçib?” deyə müxbirimiz qeyd etdi.

“Mən sizə dedim ki, mütəmadi olaraq, buna qarşı mübarizə aparılır”, – Natiq Axundov əlavə elədi. “Mübarizə aparılıbsa bəs necə olub keçib, satışda var axı”, – deyə əməkdaşımız bildirdi.

“Qaçaqmalçılıq yolu ilə gətiriblər də… indi, kimsə gətirib bu yolla. Amma biz buna qarşı mübarizə aparırıq” ,-deyə mətbuat xidmətinin rəhbəri bildirdi. “Bəs onda necə olub görülməyib?, – deyə əməkdaşımız maraqlandı.

“Ola bilər, gömrük nəzarətindən kənar keçirilib gətirilib də bu…” ,– Natiq Axundov Qafqaznews-a bildirdi.

Müxbirimizin “Qaçaqmalçılıq yolu ilə gömrükdən keçirilib?” sualına DGK rəsmisi belə cavab verdi: “Gömrük nəzarətindən kənar keçirilmə cəhdləri olub”. “Onda qaçaqmalçılıq yolu ilə gömrükdən yox, sərhəddən keçirilib”? sualına “Siz indi nə eşitmək istəyirsiniz məndən? Ola bilər, müəyyən hallarda ola bilər… Yəni, gömrük nəzarətindən kənar… açın, qanunvericilikdən oxuyun “gömrükdən kənar” nə deməkdir”,– deyərək Natiq Axundov dəstəyi asdı.

Qaçaqmalçılıqla bağlı məsələni şərh etməsi üçün, hüquqşunas Elçin Sadıqova müraciət etdik. “Hər iki tərəfdən – həm gömrükdən, həm də sərhəd xidmətindən qeyri-qanuni mal keçirilməsi qaçaqmalçılıq adlanır” ,– deyə Elçin Sadıqov bildirdi. Biz bu məsələ ilə bağlı Dövlət Sərhəd Xidməti ilə əlaqə saxladıq.

“Burdan keçirilməyib, əgər keçirilsəydi, məlumat olardı, sərhədləri qoruyuruq. Qaçaqmalçılıqla necə keçirilə bilər ki?”, – deyə adını demək istəməyən DSX əməkdaşı ritorik sualla çıxış etdi. Bu məsələni hüquq müdafiəçisi Mirvari Qəhrəmanlı Qafqaznews-a belə şərh etdi.

“Ölkəyə gətirilən mal həm sərhəddən keçir, həm gömrükdən. Dövlət Sərhəd Xidməti sənədləri yoxlayır, malı isə gömrükçülər… Son məlumat xoşagəlməz məlumatdır. Sadəcə olaraq, gömrükdə yaxşı yoxlama olmayıb. Bu Dövlət Gömrük Komitəsinin məsuliyyətsizliyidir. Komitənin məsuliyyətsizliyi qaçaqmalçılığa yol açır”, – deyə M.Qəhrəmanlı Qafqaznews-a vurğuladı. 

шаблоны для dle 11.2

Xəbər lenti
5 05 2024
4 05 2024
4 05 2024
4 05 2024
4 05 2024
4 05 2024
4 05 2024
4 05 2024
4 05 2024
4 05 2024
4 05 2024
4 05 2024
4 05 2024
4 05 2024
4 05 2024
4 05 2024
4 05 2024
3 05 2024
3 05 2024
3 05 2024
3 05 2024
3 05 2024
3 05 2024
3 05 2024
3 05 2024
3 05 2024
3 05 2024
3 05 2024
3 05 2024
3 05 2024