Ana səhifə Araşdırma Aktual Problem Siyasət Gündəm Sağlamlıq İqtisadiyyat Dünya Sosial Mədəniyyət Təhsil İdman Region Cəmiyyət Hadisə

Sosial / Slayd (1-12-2016, 11:46)
“Azəravtoyol” öz işini görməkdə acizdir? - Müəmmalı reaksiya

“Azəravtoyol” öz işini görməkdə acizdir?
Mediatv.az:  Xızı-Altıağac avtomobil yolunda sürüşmə baş verib. Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Geoloji Kəşfiyyat Xidmətinin Geoloji planlama ekspedisiyasının rəisi Əziz Qaralov APA-ya deyib ki, sürüşmə prosesi yolun 11-ci km-də 700 metr məsafəni, 3-cü km-də isə 250 metr məsafəni əhatə edir. Ə. Qaralov bildirib ki, ərazi olduqca mürəkkəb quruluşa malikdir.

“Hazırda ərazidə sürüşmə aktiv fazadadır” – deyə, ekspedisiya rəisi qeyd edib. Biz də Qafqaz Xəbər Agentliyi olaraq bu məsələni araşdırmaq və hansı tədbirlər görüldüyünü öyrənmək üçün “Azəravtoyol” ASC-nin mətbuat xidmətinin rəhbəri Anar Nəcəfli ilə əlaqə saxladıq. “Ora sürüşmə zonası deyildi, ilk dəfədir baş verirdi, hal hazırda bu yol tikinti altında olan bir yoldur, hələ işlər yekunlaşmayıb, tikinti zamanıda orda qabaqlayıcı tədbirlər görüləcək, istinad divarları qurulacaq, müəyyən mühəndis qurğular aparılacaq ki gələcəkdə orda belə bir prablem yaranmasın” – deyə Anar Nəcəfli bildirdi.

“Azəravtoyol” öz işini görməkdə acizdir?

“Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Geoloji Kəşfiyyat Xidmətinin geoloji planlama ekspedisiyasının rəisi Əziz Qaralov bildirib ki, ərazidə sürüşmə aktiv fazadadır” – deyə müxbirimiz qeyd etdi.

“Bu təbii prosesdir, aktiv olduğu müddətdə hər hansı bir iş görmək düzgün olmazdı. Sürüşmə tam olaraq dayanmalıdır ki, müəyyən qabaqlayıcı tədbirlər görülsün” – deyə Anar Nəcəfli qeyd etdi.

“Onda sürüşmənin nə vaxt bitəcəyi gözlənilir? – deyə müxbirimiz öyrənmək istədi. “Bu təbiət hadisəsidir, bunu qarşısını necə almaq olar” – deyə Anar Nəcəfli ironiya ilə qeyd etdi. “Yol pis vəziyyətdədir gözləmək lazımdır ki, hara kimi gedəcək?,-müxbir soruşdu. “Orda təhlükəsizlik tədbirləri görülür ki, nəqliyyat vasitələri dayanmasın hərəkət eləsinlər. Lakin qeyd etdiyim kimi, tikinti altında olan ərazidir, gələcəkdə belə hadisənin yaşanmaması üşün baxış keçiriləcək. Nə lazımdırsa tədbir görüləcək” ,– Anar Nəcəfli bildirdi.

“Onda hələ baxış keçirilməyib?”, – deyə dəqiqləşdirmək üçün soruşduq. “Qabaqlayıcı tədbirlər görmək,nəqliyyat vasitələrinin hərəkətini normal təmin etmək üçün baxış keçirilib tədbir görülür”, – deyə A.Nəcəfli cavab verdi.

“Siz biraz öncə baxış keçiriləcək dediniz, indi deyirsiz keçirilib”,- deyə əməkdaşımız qeyd etdi. “Gələcəkdə deyirəm təkrarlanmasın, problem yaranmasın deyə mütəxəssislər cəlb olunacaq, baxılacaq və orda mühəndis qurğusunun inşası lazımdırsa, istinad divarında problem varsa… Bu işlərin həyata keçirilməsi üçün baxış keçirilməlidir, mütəxəssislər tərəfindən və o işlər həyata keçirilməlidir. Sürüşmə müddətini təyin etmək qeyri- mümkündür, təbiət hadisəsidir, Geoloji ekspedisiya mütəxəssisləri ordadırlarsa, onlar da təyin edə bilərlər”- deyə “”Azəravtoyol” rəsmisi fikrini yekunlaşdırdı.

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Geoloji Kəşfiyyat Xidmətinin Geoloji planlama ekspedisiyasının rəisi Əziz Qaralov ilə əlaqə saxladıq. “Bu zonada təhlükəlilik nə qədərdir?”, – deyə müxbirimiz soruşdu “Aktiv fazadadır, proses davam edir, hələ qurtarmayıb” –deyə Əziz Qaralov bildirdi. “Bununla bağlı hansısa tədbirlər görülürmü?” ,- soruşduq. “Təbii ki, görülür, qorxulu vəziyyət yoxdur” – deyə Əziz Qaralov qeyd etdi. “Aktiv fazadadırsa daha təhlükəli olar bilərmi” ,- deyə soruşduq. “Orda yaşayış məntəqəsi yoxdu ki, təhlükəli vəziyyət olsun”,- deyə Əziz Qaralov cavab verdi. 

шаблоны для dle 11.2

Xəbər lenti
28 11 2024
28 11 2024
28 11 2024
28 11 2024
28 11 2024
28 11 2024
28 11 2024
28 11 2024
28 11 2024
28 11 2024
28 11 2024
28 11 2024
28 11 2024
28 11 2024
28 11 2024
28 11 2024
28 11 2024
28 11 2024
28 11 2024
28 11 2024
28 11 2024
28 11 2024
28 11 2024
28 11 2024
28 11 2024
28 11 2024
28 11 2024
28 11 2024
28 11 2024
28 11 2024