Ana səhifə Araşdırma Aktual Problem Siyasət Gündəm Sağlamlıq İqtisadiyyat Dünya Sosial Mədəniyyət Təhsil İdman Region Cəmiyyət Hadisə

Cəmiyyət (21-11-2016, 17:46)
Eldar Mahmudova milyonlar verən məmurlar – Onlar hansı əməllərindən qorxublar?

Eldar Mahmudova milyonlar verən məmurlar
Biabırçı fəaliyyətinə, dövlətə vurduğu milyardlarla ziyana və hətta bilmədiyimiz siyasi fəaliyyətinə görə, general poqonları sökülərək vəzifədən qovulan keçmiş nazir Eldar Mahmudovun əməlləri barədə hər gün yeni bir məlumat oxuyuruq. Görünən budur ki, Eldar Mahmudov dövlətin təhlükəsizliyini sual altında qoyaraq yalnız pul qazanmaqla, şantajla məşgul olub.
Mediatv.az:  Bizimxeber.az bildirir ki, əslində bu məsələdə fərqli standartlar var ki, bunu kimsə yazmır, demir. İndiki məqamda, prosesslərin bu istiqamətdə getdiyi bir dönəmdə bunu yazmaq, demək dolayısı ilə həm Eldar Mahmudovu, həm də onun müavini, “pul kisəsi” və hazırda dəmir barmaqlıqlar arasında canını ömürlük həbsdən qurtarmaq üçün çabalayan Akif Çovdarovu qismən müdafiə etmiş olarıq. Etsək belə reallıq ortadadır…
Odur ki, birmənalı şəkildə Eldar Mahmudov komandasında milyonları talayan, insanlara zülm verənlərin hamsı ağır cəzalanmalıdır. Həmçinin Eldar Mahmudov da həbs olunmalıdır. Azərbaycan ali qanunlarla idarə olunan bir ölkədir və bu ölkənin konkret siyasi xətti və idarəedicisi var.
Həmçinin, istər Eldar Mahmudov, istərsə də Akif Çovdarov tam zərərsizləşdirilmiş, hətta yox dərəcəsində olan bir şəxslərdir. Əksəriyyət hələ də düşünür ki, birinci yəni – Eldar Mahmudovun əlində milyonlar var və üstəlik asadlıqdadır. O indi əvvəlkindən daha təhlükəlidir. Amma heç də elə deyil. Eldar Mahmudov indi qorxaq biri kimi küncə çəkilib Çovdarovun məhkəməsini izləmək və milyonlarının bir hisəsini qorumaq üçün yollar axtarır.
Amma burda başqa bir məqam var… Bu gün Akif Çovdarovun məhkəməsində biznesmenlər, məmurlar açıq şəkildə Çovdarovun üzünə duraraq onlarda milyon manatlar alındığını iddia edirlər. MTN-nə çağırıldıqlarını, hədələndiklərini, milyonlar verərək canlarını həbsdən qurtardıqlarını deyirlər.
Yaxşı, tutaq ki, biznesmenlər, iş adamları bizneslərini itirməmək üçün milyonlar verib canlarını qurtarıblar. Bəs, məmurlarda bu pullar hardan idi? Onlar niyə Eldar Mahmudovdan qorxurdular və ya onlar niyə milyonlar verirdilər? Məsələn, o zaman mertopolitenin rəisi işləyən Tağı Əhmədov niyə Akif Çovdarova 3 milyon pul verirdi? Və yaxud bu pul onda hardan idi? Metropoliten rəisi ayda cəmi 1000 manata yaxın əmək haqqı alırsa 3 milyonu hardan qazanmışdı? Məmurlara bizneslə məşgul olmaq qadağah olunduğu halda bu pul onda hardan idi?
Hələlik bu sualları Çovdarovun məhkəməsində pulunu istəyən məmurlara verən yoxdur…
Bizimxeber.az bildirir ki, hələ 100-lərlə məmur səsini çıxarmır. Eldar Mahmudovun bandit komandası bəlkə də Azərbaycanda 3-5 məmuru çıxmaq şərtilə hamsından pul alıb, hamsının adamlarını və ya özlərini qandallayıb pul müqabilində azad edib. O zaman bu məmurlar dövlətin guc strukturu, əsas dayağı sayılan Daxili İşlər Nazirliyinə, Korrupsiya ilə Mübarizə İdarəsinə niyə müraciət etmirdilər?
Niyə gedib demirdilər ki, Eldar Mahmudov bizdən milyonlar istəyir… Demək qorxurmuşlar… Əgər qorxublarsa deməli, hansısa problemləri olub. Elə buna görə də, milyonları verməyə razılaşıblar. Faktiki olaraq icra başçıları, məmurlar, hətta nazirlər var ki, Çovdarov onlarda milyonlar alıb. İndi səslərini belə çıxarmırlar. Kimdir bu məmurlar? Onlar niyə milyonlar verməyə razı olublar? Bu məmurların adlarını və nəyə görə Çovdarovla razılaşdıqları barədə geniş araşdırma yazılarını yaxın günlərdə təqdim edəcəyik… 

шаблоны для dle 11.2

Reklam
• Sorğu
Saytımızı bəyəndiniz?



Xəbər lenti
29 04 2024
29 04 2024
29 04 2024
29 04 2024
29 04 2024
29 04 2024
29 04 2024
29 04 2024
29 04 2024
29 04 2024
29 04 2024
29 04 2024
29 04 2024
29 04 2024
29 04 2024
29 04 2024
29 04 2024
28 04 2024
28 04 2024
28 04 2024
28 04 2024
28 04 2024
28 04 2024
28 04 2024
28 04 2024
28 04 2024
28 04 2024
28 04 2024
28 04 2024
28 04 2024