Sosial / Slayd (3-12-2015, 13:29)
Mahmudov və Çovdarovun taxta-şalban MONOPOLİYASI – mənimsənilən milyardlar
Təxminən 10 ilə yaxın Milli Təhlükəsizlik naziri işləyən Eldar Mahmudov bu illər ərzində özünə və yaxın ətrafına böyük biznes şəbəkəsi yarada bilmişdi.
İnsanları şərləyən, intihar həddinə çatdıran, ölüm faktlarında əli olan şəxslərdən ibarət “Qara KOMANDA” nəhayət ki iflasa uğradı. Bununla da boyük oyunların üstü açıldı. Boyük biznes çökdü, “QARA KOMANDA”-nın üzvləri həbs olundu və şalvarı baftalı generallar rüsvay edildi…
Eldar Mahmudovun “QARA KOMANDA”sının əlində cəmləşən biznesin aqibəti bəs necə oldu? İndi məmurları bu suallar maraqlandırmaqla yanaşı “bəs onu necə ələ keçirək” kimi suallar da düşündürür. Hazırda bu istiqamətdə qızğın mübarizə gedir.
Bu sahələrdən biri də Eldar Mahmudovun olsa belə Akif Çovdarov tərəfindən idarə olunan taxta-şalban monopoliyasıdır.
Belə ki, daxil olan məlumata görə, bu biznes əvvəllər başqa bir məmurun nəzarətində imiş. Daha dəqiq desək 10 il əvvəl MTN-dən Eldar Mahmudov tərəfindən şərlənib gözdən salınaraq uzaqlaşdırılan, indi isə Prezident İlham Əliyevin tapşırığı ilə “MTN İŞİ”ni ciddi şəkildə araşdıran şəxslərdən birinin nəzarətində olub. Eldar Mahmudov bu biznesi də qamarlayaraq Çovdarovun ixtiyarına buraxıb.
Çovdarov da illərdir Dərnəgül yolunda yerləşən bütün taxta emalı sexləri və oradakı bütün tikinti materialları mağazaları, ölkəyə idxal edilən bütün taxta-şalban biznesini monopoliyada saxlayıb və milyardlar qazanıb.
Elə isə artıq həbs olunan Akif Çovdarovun bu böyük gəlir mənbəyini kim idarə edir?
Daxil olan məlumata görə, bu biznsein Çovdarova məxsus olduğunu gizlətməyə çalışan şəxslər əlindən gələni edir ki, monopoliyanı itirməsin. Hətta bu işdə onlara cidi dəstək verən şəsxlər də var. Zaman-zaman mətbuata çıxarılması yasaqlanan bu sahə yenə Çovdarovun adamları tərəfindən idarə olunur.\bizimxəbər.az\