Ana səhifə Araşdırma Aktual Problem Siyasət Gündəm Sağlamlıq İqtisadiyyat Dünya Sosial Mədəniyyət Təhsil İdman Region Cəmiyyət Hadisə

Cəmiyyət (18-11-2016, 16:32)
144 min yeni iş yeri açılıb - 9 ayda

Regionların sosial-iqtisadi inkişafına istiqamətlənmiş üçüncü Dövlət Proqramının icrasını əhatə edən 2014-cü il yanvarın 1-dən bu il oktyabrın 1-dək olan dövr ərzində ümumilikdə, 387,2 min olmaqla 305,7 min daimi iş yerləri yaradılıb.

 

Mediatv.az-a Dövlət Statistika Komitəsindən bildirilib ki, bu ilin 9 ayı ərzində Azərbaycanda 144 min yeni, o cümlədən 109,5 min daimi iş yerləri açılıb. Bu dövrdə yaradılmış iş yerlərinin 64,8 faizi qeyri-dövlət sektorunda açılıb. Yeni iş yerlərinin 25,6 faizi Bakı şəhərinin, 1,6 faizi Naxçıvan Muxtar Respublikasının, 72,8 faizi regionların, o cümlədən 29,3 faizi Aran, 14,0 faizi Gəncə-Qazax, 6,5 faizi Lənkəran, 5,8 faizi Abşeron 5,4 faizi Şəki-Zaqatala, 4,4 faizi Quba-Xaçmaz, 3,8 faizi Dağlıq Şirvan, 3,0 faizi Yuxarı Qarabağ, 0,6 faizi isə Kəlbəcər-Laçın iqtisadi rayonlarının payına düşüb.

Daimi iş yerlərinin 9,8 faizi yeni yaradılmış müəssisə və təşkilatlarda, 22,6 faizi mövcud müəssisə və təşkilatlarda, 0,8 faizi fəaliyyətini bərpa etmiş müəssisə və təşkilatlarda, 66,8 faizi isə fərdi sahibkarlıq subyektləri tərəfindən yaradılıb.

Eyni zamanda, daimi iş yerlərinin 5,9 faizi dövlət idarəetməsi və müdafiə; sosial təminat, 4,6 faizi tikinti, 4,6 faizi ticarət; nəqliyyat vasitələrinin təmiri, 3,0 faizi emal sənayesi, 3,0 faizi su təchizatı; tullantıların təmizlənməsi və emalı, 1,8 faizi peşə, elmi və texniki fəaliyyət, 1,4 faizi daşınmaz əmlakla əlaqədar əməliyyatlar, 1,4 faizi nəqliyyat və anbar təsərrüfatı, 7,5 faizi isə digər iqtisadi fəaliyyət növləri üzrə açılıb.

шаблоны для dle 11.2

Reklam
• Sorğu
Saytımızı bəyəndiniz?



Xəbər lenti
17 05 2024
17 05 2024
17 05 2024
17 05 2024
17 05 2024
17 05 2024
16 05 2024
16 05 2024
16 05 2024
16 05 2024
16 05 2024
16 05 2024
16 05 2024
16 05 2024
16 05 2024
16 05 2024
16 05 2024
16 05 2024
16 05 2024
16 05 2024
16 05 2024
16 05 2024
16 05 2024
16 05 2024
16 05 2024
16 05 2024
16 05 2024
15 05 2024
15 05 2024
15 05 2024