Cəmiyyət / Slayd (15-11-2016, 21:15)
Qazax rayonu icra hakimiyyətində nə baş verir – Gülayə Həsənova “firon”luğu
Mediatv.az bildirir ki, Teref.info – nun poçtuna gələn Qazax rayonunda baş verən qanunsuzluqlarla bağlı bu araşdırma yazısın sizə təqdim edirik. Onuda qeyd etmək istyirik ki, Qazax rayonu icra hakimiyyətinin bu araşdırma ilə bağlı verdiyimiz suaıllara acavab verən tapmadıq. Ya telefonumuza cavab vermədilər.Ya da bizlik deyil dedilər.
“Düzdü, hamı Qazaxa yeni təyin edilmiş icra hakimyyətinin başçısı Rəcəb Babaşovdan çox şey gözləyirdi. Deyən əvvəlkilərin atasına rəhmət oxutmalı olacaqdır. Prezidentin bu yaxınlarda Qazaxa səfərinə görə əldən–ayaqdan gedən Babaşov artıq sakitlışib. “Köhnə hamam, köhnə tasdır”. Neynədi ki, nə dəyşdi ki? Bu adam müavinlik adına ləkə gətirən Gülayə Həsənovanın öhdəsindən gələnmədi. Qadın müavin əvvəlki başçıların vaxtında olduğundan da özünün cibi üçün yaxşıca fəallaşıb. Əvvəllər 1 alırdısa, indi 5 alır”
-Bu sözləri biz Qazaxda ezamiyyədə olarkən rayonun ağsaqqalları danışdı. Amma, əyri oturub, düz danışaq. Onların dedikləri tam mətləbə uyğundu. Belə ki, Gülayə Həsənova Rəcəb Babaşovu necə ovsunlayıbsa, qadın sadədən mürəkkəbə, ibtidaidən aliyə hər işə qarışır, istədiyini də edir. Babaşov həftənin hər 5-ci günü keçirdiyi qəbul günlərində hansı vətəndaşa iş üçün, yardım üçün və ya digər məsələ üçün söz verirsə, Gülayə Həsənova “ Babaşovun özü üçün danışdığını və hər şey onun ixtiyarında oldyğunu bildirir”
Aparılan araşdırmalar göstərir ki, bu barədə bərk narahat olan rayon ictimaiyyəti heç də səhvə yol vermir. Bir halda ki, Gülayə Həsənova öz inadını yeridir, başçının göstərişlərini hesaba almayıb dediyini edirsə, demək Rəcəb Babaşob çoxdan uduzub. Rayona gələndə odlu-alovlu danışan Babaşovun bu günki kadr məsələsi artıq “nola” enib. İcra hakimiyyətinə elə kadrlar gətirilib çıxarılır ki, vurma cədvəlini zorla danışır. Amma rayon sakinləri heç də bunu Babaşovdan gözləmirdi?
Bu gün Qazaxı Gülayə Həsənova idarə edir. Kimi istəyirsə işə qoyur, kimdən xoşu gəlmirsə bekar ifadələrlə, həqiqətdən uzaq zay cümlələrlə Babaşovun “qulağını” doldurur. Verilən məlumata görə, Gülayə Həsənova hansısa həll olunacaq problemli məsələlərin “dabrosunu” Babaşovdan aldıqdan sonra, həmin məsələdən yaxşıca gəlir ələdə edir. Günahkar isə Babaşov olur.
Əvvəlcə gəlişində Gülayə Həsənova kimilərinə “özünüzə iş axtarn”- deyən icra başçısı bu gün qadın müavininin başına and içir. Halbuki hamı yerində olmayan qadın müavinin işdən azad olma əmrini gözləyirdi. Lakin azmış kimi onun həyat yoldaşını da yenidən işə cəlb etdi. Elə bil Prezident İlham Əliyev Rəcəb Babaşovu Qazaxa Gülayə Həsənova üçün göndərib… Babaşovun bu cür hərəkətləri onun Qazaxda davamlı işləməməsinə gətirib çıxaracaqdı. Gedişat bunu göstərir.
Babaşovun öz ifadələri ilə desək, Qazaxa kimsəsizlərə arxa olacağını desə də, hələ bu “şüarı” həyata keçmir. Çünki Babaşov həqiqəti rayondakı “çirkin” adamlardan öyrənməyə çalışır. Təbii ki, həmin adam da özü kimi ifadə verəcək. Qazaxlıların söyləntilərinə görə, Gülayəyə inanan başçı neçə-neçə vətəndaşlara kömək məqsədi ilə göstəriş versə də, bu göstərişlər Gülayə Həsənova tərəfindən arxivə atılıb. Bununla da Babaşova etimadsızlıq göstərilir. Məsələ Qazaxı yaşıllaşdırmaqla meşəyə döndərməkdən getmir. Şəhərə abadlıq məqsədi ilə şam ağacları əkilməsi hər kolun dibində ancaq toyuq yumurtaması ilə başa çatacaq. Hətta, Prezident də rayona icra başçısı göndərəndə bildirir ki, “millətlə yola gedin. Onlara maddi və mənəvi köməkliklər göstərin!” Daha demir ki, getdiyin rayonu meşəyə döndər, yaxşını işdən kənarlaşdırıb yerinə pisini gətir, özünü ucuz tutub hər işə qarış və sairə. Bu gün həmin Qazax deyilənlərə bir misaldır. Yaxud, əsas işini burax, idarə, müəssisəni, təhsil ocaqlarını gəz, biçarə müəllimlərə arada “xox” da elə. Əlbəttə, bu da yaraşmaz! İcra başçısı həmişə öz səviyyəsini gözləməli, atdığı hər addım üçün yüz ölçüb, bir biçməlidir.
Əgər rayon rəhbəri bu gün işində ciddi nöqsanlara yol verirsə, təbii ki, birinci nizam-intizam özündən başlamalıdı. Başçının belə hərəkətlərində yenə hamı Gülayə Həsənovanın “diktofkasını” görür. Ona görə də, neçə ki Gülayə Həsənova yenə Babaşovun müavinidirsə, onda “başın sağ olsun, Qazax!”
Onu da bildiririk ki, Babaşov Qazaxa yeni gələndə qəbula gələn vətəndaşların izdihamı “Lenin Movzeleyini” xatırladırdı. İndi isə tərəfsiz bir adamın “dəfn” mərasiminə oxşayır. Bu onu göstərir ki, başçının verdiyi göstərişlər yerindəcə saymalı olur, icra mexanizmi işləmir. İşi düzəlməyən həmin vətəndaşlar təkrarən Gülayə Həsənovanın göstərişi ilə yenidən başçının qəbuluna buraxılmır ki, “paxır” açılar…
Rayonda sayılıb-seçilən bir neçə nəfər onu da vurguladı ki, vaxtı ilə Qazax təhsilini ağlar günə qoyan Nemət Əliyev yaşadığı Daş Salahlı kəndindən tapılmaz kadr kimi Qazax Kommunal Müəssisələri Kombinatına müdir gətirilməsində də mütləq Gülayə Həsənova izi var. Çünki Babaşov Qazaxa gəldiyi ilk gündən Nemət Əliyev Gülayə Həsənovanın xətti ilə vəzifə axtarışında olub.
Babaşovu rayondakı “başbilənlər” indi də Qazax Müalicə Diaqnostika Mərkəzinin baş həkimi Kamandar İbrahimovun üstünə salıblar. Çünki Gülayə Həsənovanın qardaşı Şahin Həsənov diaqnostikada poliklinika şöbəsinin müdiridi. Onun yerinə Babaşovun əli ilə su salındıqdan sonra, çox gümün ki, Həsənovun qardaşı həmin posta gətiriləcək. Yəqin ki, hər şeydə özünü ayıq göstərən icra başçısı hələ ki, bu işdən xəbərsizdir. O da deyildi ki, Gülayə Həsənovanın qardaşı Şahin Həsənov bur neçə il bundan əvvəl əlini qana batıraraq diqanostikanın cərrahı, tibb elmləri namizədi Vasif adlı həkimə bıçaq zərbəsi endirmişdi. Xoşbəxtlikdən Vasif aldığıl güclü bıçaq zərbəsindən sağ qalmışdı.
Reklam
Ən çox oxunanlar
• Sorğu
Saytımızı bəyəndiniz?
Xəbər lenti
28 11 2024
28 11 2024
28 11 2024
28 11 2024
28 11 2024
28 11 2024
28 11 2024
28 11 2024
28 11 2024
28 11 2024
28 11 2024
28 11 2024
28 11 2024
28 11 2024
28 11 2024
28 11 2024
28 11 2024
28 11 2024
28 11 2024
28 11 2024
28 11 2024
28 11 2024
28 11 2024
28 11 2024
28 11 2024
28 11 2024
28 11 2024
28 11 2024
28 11 2024
28 11 2024