Ana səhifə Araşdırma Aktual Problem Siyasət Gündəm Sağlamlıq İqtisadiyyat Dünya Sosial Mədəniyyət Təhsil İdman Region Cəmiyyət Hadisə

Cəmiyyət (8-11-2016, 18:14)
Bakıda məşhur geyim mağazası bağlandı

 

Bakıda məşhur geyim mağazası bağlandı

 

Dünyanın tanınmış geyim mağazaları brendlərindən biri sayılan "Marks & Spencer" şirkəti Bakıdakı mağazasını bağlayıb. 

Mediatv.az xəbər verir ki, Bakının ticarət mərkəzlərinin birində yerləşən mağaza öz fəaliyyətini 12 gün əvvəl, oktyabrın 27-də dayandırıb. 

Mağazanın sahibi olan şirkətdən onun bağlanması səbəbləri açıqlanmır, amma böyük ehtimalla, bu, satışların aşağı düşməsi ilə əlaqədardır. Bakı bu məşhur şəbəkənin fəaliyyətini dayandırdığı yeganə şəhər deyil. 

Son məlumatlara görə, "Marks & Spencer" qarşıdakı 5 il ərzində təkcə Böyük Britaniyada 60 paltar və ev üçün əşya mağazasını bağlayacaq. 

Bu qərara ilin birinci yarısında gəlirlərinin azalması səbəb olub. Belə ki, ilk 6 ayda "Marks & Spencer"in vergi qoymadan əvvəlki gəliri 231,3 milyon funt sterlinq (287,3 milyon dollar) təşkil edib ki, bu da ötən ilin eyni dövründən 18,6% azdır.

"Gələcək beş il ərzində biz Böyük Britaniyadakı daşınmaz əmlakımızı transformasiya edib, 60 mağazamızı bağlayacağıq", - deyə şirkətin açıqlamasında deyilir. Əvəzində "Marks & Spencer" "Simply Food" ərzaq dükanı şəbəkəsinin sayını artırmaq istəyir. Şirkət 2019-cu ilədək Böyük Britaniyada 200 yeni ərzaq dükanı açmağı düşünür. Xatırladaq ki, "Marks & Spencer" 1884-cü ildən fəaliyyət göstərir.  (fins.az)

шаблоны для dle 11.2

Xəbər lenti
17 05 2024
17 05 2024
17 05 2024
17 05 2024
17 05 2024
17 05 2024
16 05 2024
16 05 2024
16 05 2024
16 05 2024
16 05 2024
16 05 2024
16 05 2024
16 05 2024
16 05 2024
16 05 2024
16 05 2024
16 05 2024
16 05 2024
16 05 2024
16 05 2024
16 05 2024
16 05 2024
16 05 2024
16 05 2024
16 05 2024
16 05 2024
15 05 2024
15 05 2024
15 05 2024