Cəmiyyət (7-11-2016, 14:16)
Ötən ay 456 ədəd PHS və 3 mina zərərsizləşdirilib
Oktyabr ayı ərzində Azərbaycan Respublikası Ərazilərinin Minalardan Təmizlənməsi üzrə Milli Agentliyi (ANAMA) tərəfindən 1 223 059 m2 ərazi yoxlanılıb, mina və partlamamış hərbi sursatdan (PHS) təmizlənib. 456 ədəd PHS və 3 ədəd piyada əleyhinə mina aşkar edilərək zərərsizləşdirilib.
Mediatv.az xəbər verir ki, Agentlikdən Trend-ə verilən məlumata görə, əməliyyatlarda 490 nəfər əməliyyat heyəti və 126 nəfər inzibati heyət iştirak edib. Həmçinin əməliyyatlarda 6 mexaniki minatəmizləmə maşını və 34 minaaxtaran it iştirak edib. İndiyədək cəmi 389 603 952 m2 ərazi təmizlənib. Tapılıb zərərsizləşdirilmiş mina və PHS-lərin sayı 752 702-dir.
Oktyabr ayı ərzində Agentlik tərəfindən təmizləmə əməliyyatları Abşeron, Ağdam, Ağcabədi, Ağstafa, Füzuli, Gəncə, Tərtər, Salyan, Xocavənd və eləcə də Qaradağ rayonu, Güzdək qəsəbəsində həyata keçirilib. Oktyabr ayı ərzində 1 mina/PHS hadisəsi qeydə alınıb.
