Ana səhifə Araşdırma Aktual Problem Siyasət Gündəm Sağlamlıq İqtisadiyyat Dünya Sosial Mədəniyyət Təhsil İdman Region Cəmiyyət Hadisə

Cəmiyyət (6-06-2016, 21:19)
ANAMA: Bu rayonlardan hərbi sursat tapılıb

Azərbaycanın Tərtər və Füzuli rayonlarında top mərmiləri və raket hissələri aşkar edilib.

 

Mediatv.az-a bu barədə  Azərbaycan Respublikası Ərazilərinin Minalardan Təmizlənməsi üzrə Milli Agentlikdən (ANAMA) məlumat verilib.

Tərtər rayonu

Şıxarx kəndi - 2 ev və həyətyanı sahə və 1 əkin sahəsində 3 partlayış yerinə baxış keçirilib, nəticə etibarilə 10.000 kv.m ərazi yoxlanılıb.

Cəmilli kəndi - 1 ev və həyətyanı sahədə 5 partlayış yerinə baxış keçirilib və 4 ədəd partlamamış hərbi sursat (2 ədəd 122 mm-lik top mərmisinin partladıcısı və 2 ədəd 9M22U raketinin (Qrad) mühərrik hissəsi) aşkar edilərək götürülüb, nəticə etibarilə 6 000 kv.m ərazi yoxlanılıb

Ağdam rayonu

Zəngişalı kəndi - 1 əkin sahəsində 1 partlayış yerinə baxış keçirilib, nəticə etibarilə 2 000 kv.m ərazi yoxlanılıb.

Füzuli rayonu

Horadiz şəhəri - 3 otlaq sahəsində 3 partlayış yerinə baxış keçirilib, 2 ədəd partlamamış hərbi sursat (152 mm-lik top mərmisi) aşkar edilərək götürülüb, nəticə etibarilə 1 770 kv.m ərazi yoxlanılıb.

İyunun 6-da 3 ev və həyətyanı sahə, 5 əkin sahəsi, 12 partlayış yeri, 6 ədəd partlamamış hərbi sursat (2 ədəd 122 mm-lik top mərmisinin partladıcısı, 2 ədəd 152 mm-lik top mərmisi və 2 ədəd 9M22U raketinin (Qrad) mühərrik hissəsi) aşkar olunaraq götürülüb və gün ərzində 19 770 kv.m ərazi təmizlənib.

Ümumilikdə Agentlik tərəfindən 7 aprel - 06 iyun 2016-cı il tarixlərində Zərdab, Tərtər, Ağcabədi, Ağdam, Füzuli, Goranboy, Tovuz, Samux, Şəmkir, Cəlilabad, Ucar rayonlarında, Mingəçevir, Sumqayıt və Bakı şəhərlərində 580 ev və həyətyanı sahə, 2 hərbi hissə, 2 kənd qəbiristanlığı, 5 kənd orta məktəbi, 1 tibb məntəqəsi, 21 ferma, əkin sahələri və 1 çaxır zavodu ərazisinə baxış keçirilib, 1 504 ədəd partlamamış hərbi sursat, 11 ədəd piyada əleyhinə mina (PMN), 3 ədəd piyada əleyhinə POMZ-2 və 7 ədəd tank əleyhinə mina aşkar olunaraq zərərsizləşdirilib.

Hazırda ANAMA tərəfindən yaradılmış xüsusi təyinatlı mobil çevik qrupları minaaxtaran itlərin dəstəyi ilə təmas xəttində yerləşən kəndlərdəki evlərlə yanaşı məktəblər və digər obyektlərin yerləşdiyi ərazilərdə əməliyyatları davam etdirir.

шаблоны для dle 11.2

Xəbər lenti
28 11 2024
28 11 2024
28 11 2024
28 11 2024
28 11 2024
28 11 2024
28 11 2024
28 11 2024
28 11 2024
28 11 2024
28 11 2024
28 11 2024
28 11 2024
28 11 2024
28 11 2024
28 11 2024
28 11 2024
28 11 2024
28 11 2024
28 11 2024
28 11 2024
28 11 2024
28 11 2024
28 11 2024
28 11 2024
28 11 2024
28 11 2024
28 11 2024
28 11 2024
28 11 2024