Ana səhifə Araşdırma Aktual Problem Siyasət Gündəm Sağlamlıq İqtisadiyyat Dünya Sosial Mədəniyyət Təhsil İdman Region Cəmiyyət Hadisə

Cəmiyyət (2-11-2016, 13:35)
Akif Çovdarov müxalifətə müraciət edərsə, cavabı nə olar?

Akif Çovdarov müxalifətə müraciət edərsə, cavabı nə olar?

 

 

Əhəd Məmmədli: “Müxalifətdən nə kömək istəyə bilər ki?”
 
Xanlar Abbas: “Biz insanlar arasında bölgü aparmırıq”
 
Həsrət Rüstəmov: “İnsanov insanlara Çovdarov qədər zülm etməyib”
 
Xəzər Teyyublu: “İşgəncə maşını”nın başında dayanıb”
 
Mediatv.az:  Azərbaycan hakimiyyətinin iri ranqlı bəzi məmurlarından zaman-zaman müxalifətə meyllənmələr olub. Xüsusilə də vəzifəsini itirən, yaxud vəzifədəykən həbs olunanların bir çoxu sonradan demokratik düşərgəyə sığınıb, kömək umubŞ reablitasiya olunmağa çalışıb. Bəzi hallarda bu öz bəhrəsini də verir. Məsələn, eks-spiker Rəsul Quliyevin, sabiq səhiyyə naziri Əli İnsanovun nümunəsində bunu demək olar.
Müxalifət insan hüquqları adı altında nəinki sabiq naziri müdafiə etdi, hətta onu siyasi məhbus kimi belə tanıdı. Müxalif camiə bunun nəticəsini də gördü. Məsələn, 2013-cü ilin prezident seçkilərində İnsanov vaxtilə təmsil olunduğu komandanın namizədini yox, müxalifətin vahid namizədini həbsxanadan yazdığı məktubla açıq şəkildə müdafiə etdi.
Maraqlıdır, ləğv olunmuş Milli Təhlükəsizlik Nazirliyinin (MTN) sabiq idarə rəisi, hazırda məhkəmə prosesi gedən general-mayor Akif Çovdarov necə addım atacaq? Doğrudur, həbs olunduqdan sonra bu şəxs demokratik düşərgə tərəfindən kifayət qədər tənqid olunub. Amma onu da qeyd etmək lazımdır ki, Çovdarov həbs olunduqdan sonra müxalifətin lehinə hələ bir cümlə belə işlətməyib. 
“AĞ” partiya sədrinin birinci müavini Əhəd Məmmədli bildirir ki, Çovdarovla bağlı gedən prosesləri diqqətlə izləyirlər: “Çovdarovla bağlı proses cəmiyyətdə ciddi səs-küy yaradan prosesdir. O, müxalifətdən nə kömək istəyə bilər ki? Müxalifət yalnız ona məhkəmənin şəffaf və prosesin açıq keçməsi ilə bağlı dəstək verə bilər. Cəmiyyət hər şeydən xəbərdar olmalıdır. Amma onu da qeyd etmək lazımdır ki, Akif Çovdarov hakimiyyətdaxili hansısa qrupların savaşının qurbanı olmamalıdır. Yəni onun məhkəməsinin sonunda siyasi sifarişlə qərar verilməməlidir”.
 
Ümid partiyasının sədr müavini Xanlar Abbas insan haqlarının hər şeyin fövqündə dayandığını söyləyir: “Biz insanlar arasında bölgü aparmırıq ki, bu insan kimdir, harada dayanıb, düşüncəsi nədir. Hər şey hüquq çərçivəsində olmalıdır. Cinayətkarın belə hüquqlarını təmin edən hüquqi dövlət olmalıdır. Əgər bu gün Akif Çovdarovun hüquqları pozulursa, bu qanun pozuntusudur. Hər şey qanunla tənzimlənməlidir. Biz hər zaman hər bir vətəndaşımızın hüquqlarını qorumaq üçün cəhdlər göstərmişik. Yenə də hər bir hüquqları pozulan vətəndaşın hüquqlarını təmin etmək üçün əlimizdən gələni edə bilərik”.
ADP sədrinin müavini Həsrət Rüstəmov deyir ki, Əli İnsanovu Çovdarovla eyniləşdirmək doğru deyil: “Hər ikisinin zamanında hökumətin kadrı olması danılmazdır. Hakimiyyətdə təmsil olunduqları vaxt müxalifətə hər ikisinin münasibət elə də fərqli olmayıb. Əli İnsanovun Çovdarovdan fərqli olaraq, ziyalı obrazı var, həkimdir. Həkim olduğuna görə də, insanlara Çovdarov qədər zülm etməyib. Bir də İnsanov həbsdə olduğu vaxt elə sərt bəyanatlar verdi ki, müxalifətin onun qəbul etməsi üçün münbit şərait yarandı. Bu gün onun hakimiyyətə qarşı apardığı mübarizə ilə müxalifətin mübarizəsi arasında çox böyük uyğunluq var. O kişi xalq qarşısındakı günahlarının böyük bir hissəsini təkbaşına apardığı mübarizə ilə əfv etdirməyə nail olub. Amma Çovdarov tamam fərqli personadır. Onun elədiklərinin qanunla sərt cəzalandırılmasının alternativi ola bilməz. Bu şəxsin xalqımıza vurduğu ziyan, günahsız insanları zülmə düçar etməsi, səlahiyyətlərindən istifadə edib böyük cinayətkar şəbəkə qurması onun əfv olunmasını qeyri-mümkün edir. Hər hansı bir bəyanat versə belə, müxalifətin hansısa məqsəd naminə bundan istifadə etməsinin qəti əleyhinəyəm və bunu mümkünsüz hesab edirəm”.
KXCP sədrinin müavini Xəzər Teyyublu belə məsələlərin zaman-zaman gündəmə gəldiyini qeyd etdi: “Çovdarov öncəliklə Azərbaycanda demokratiyaya qarşı olan şəxslərdən biri kimi tanınıb. Başqa cinayətləri çoxdur və bunun cəzasını vermək məhkəmənin işidir. Müxalif fəalları döyən, əzən, ağır işgəncələrə məruz qoyan “işgəncə maşını”nın başında dayanıb. O, insanlığa qarşı zamanında böyük səhvlər edib”.(Musavat.com)
шаблоны для dle 11.2

Reklam
• Sorğu
Saytımızı bəyəndiniz?



Xəbər lenti
21 05 2024
21 05 2024
21 05 2024
21 05 2024
21 05 2024
21 05 2024
21 05 2024
21 05 2024
21 05 2024
21 05 2024
21 05 2024
21 05 2024
21 05 2024
21 05 2024
21 05 2024
21 05 2024
21 05 2024
21 05 2024
21 05 2024
21 05 2024
21 05 2024
21 05 2024
21 05 2024
21 05 2024
21 05 2024
21 05 2024
21 05 2024
21 05 2024
21 05 2024
21 05 2024