Ana səhifə Araşdırma Aktual Problem Siyasət Gündəm Sağlamlıq İqtisadiyyat Dünya Sosial Mədəniyyət Təhsil İdman Region Cəmiyyət Hadisə

Cəmiyyət (24-10-2016, 14:14)
AQRAR UNİVERSİTETİNDƏ İNTELLEKTUAL YARIŞLAR DAVAM EDİR - FOTOLAR

AQRAR UNİVERSİTETİNDƏ İNTELLEKTUAL YARIŞLAR DAVAM EDİR - FOTOLAR

 

Azərbaycan Dövlət Aqrar Universitetində intellektual yarışlar artıq ənənə formasını alıb. Bu cür yarışlar tələbənin intellektul dünyasını zənginləşdirir, biliklərinin sınaqdan uğurla çıxması onlarda özünə inam yaradır. Məqsəd hə də intellektual tələbələri müəyyən edib şəhər, region və respublika yarışlarına cəlb etməkdir.

Mediatv.az xəbər verir ki, ADAU-nun mətbuat xidmətinin məlumatına görə belə yarışlardan biri də Aqrar İqtisadiyyat fakültəsində keçirilib. Azərbaycanın Müstəqil Dövlət kimi dünya miqyasında yeri və nüfuzuna  həsr olunan intellektual oyundan əvvəl  Universitetin rektoru,  professor İbrahim Cəfərov Dövlət Müstəqilliyin Azərbaycan tarixindəki əhəmiyyətli rolundan danışıb, ölkənin müstəqillikdən əvvəlki, bugünkü və gələcək vəziyyəti barədə öz fikirlərini bildirib və yarışda iştirak edən bütün komandalara uğurlar arzulayıb.

3-cü kurs Xüsusi İstedadlar qrupundan Şamil Abbasov, 4-cü kurs Xüsusi İstedadlar Qrupundan  Murad Əhmədov, 1-ci kurs magistr tələbəsi Ramil Hüseynli və Faiq Hüseynovun  təşkilatçılığı ilə baş tutan yarışda 1-ci kursdan 16, 3-cü kursdan 2 toplamada isə 18 komandanın tərkibində 108 nəfər tələbə iştirak edib. 30 sualdan ibarət olan yarışa  2 saat vaxt ayrılıb və sonda 3-cü kurs maliyyə ixtisasının “Gladio” komandası 20 düzgün cavabla 1-ci yerə sahib olub. Hərəyə 19 düzgün cavab verən  1-ci kurs mühasibat uçotu və audit ixtisasının “Elprimero” və 1-ci kurs Xüsusi İstedadlar Qrupunun “Incredible Brains” komandaları üçün əlavə sual verilib və əlavə suala düzgün cavab verməklə “Elprimero”  komandası 2-ci, “Incredible Brains” komandası isə 3-cü yeri bölüşüblər. Sonda 1-ci, 2-ci və 3-cü yeri tutan komanda üzvlərinə sertifikatlar və pul mükafatları verilib.

Qeyd edək ki bu cür yarışlar ADAU-da davamlı olacaq.  Bundan sonra digər fakültələrdə də yarışlar keçiriləcək və sonda hər fakültədən ilk 3-lük komandaları semestrin sonunda baş tutacaq ADAU kubokunda iştirak etməyə haqq qazanacaq.

AQRAR UNİVERSİTETİNDƏ İNTELLEKTUAL YARIŞLAR DAVAM EDİR - FOTOLAR
AQRAR UNİVERSİTETİNDƏ İNTELLEKTUAL YARIŞLAR DAVAM EDİR - FOTOLAR
AQRAR UNİVERSİTETİNDƏ İNTELLEKTUAL YARIŞLAR DAVAM EDİR - FOTOLAR

шаблоны для dle 11.2

Reklam
• Sorğu
Saytımızı bəyəndiniz?



Xəbər lenti
29 04 2024
29 04 2024
29 04 2024
29 04 2024
29 04 2024
29 04 2024
29 04 2024
29 04 2024
29 04 2024
29 04 2024
29 04 2024
29 04 2024
29 04 2024
29 04 2024
29 04 2024
29 04 2024
29 04 2024
29 04 2024
29 04 2024
29 04 2024
29 04 2024
28 04 2024
28 04 2024
28 04 2024
28 04 2024
28 04 2024
28 04 2024
28 04 2024
28 04 2024
28 04 2024