Ana səhifə Araşdırma Aktual Problem Siyasət Gündəm Sağlamlıq İqtisadiyyat Dünya Sosial Mədəniyyət Təhsil İdman Region Cəmiyyət Hadisə

Cəmiyyət (21-10-2016, 09:47)
Akif Çovdarovun istixanasında “vida mərasimi”... - Obyektinə əl qoyuldu...

Akif Çovdarovun istixanasında “vida mərasimi”...
Sabiq MTN generalı Akif Çovdarovun Masazırdakı məşhur "parnik"lərinə 3 gün bunan öncə rəsmi şəkildə əl qoyulub. 

Mediatv.az xəbər verir ki, bu barədə Moderator.az-ı özəl mənbə məlumatlandırıb. Mənbənin sözlərinə görə, son həftələrə qədər Çovdarovun ailəsinə məxsus olan parniklərə həbsdə olan generalın oğlu nəzarət edib. Mütəmadi surətdə 10 DD 808 dövlət-nömrə nişanlı “Leksus” markalı avtomobillə parnikə gəlib-gedən general oğlu istixananın fəaliyyətini diqqət mərkəzində saxlayıb. 

Lakin bir neçə gün bundan öncə parniklərə dövlət səviyyəsində əl qoyulub və bununla da içərisində gizli həbsxananın olduğu iddia edilən parniklər A.Çovdarovun ailəsinin nəzarətindən çıxıb. 

Akif Çovdarovun istixanasında “vida mərasimi”...

Bilgili qaynağın sözlərinə görə, parniklər üzərində dövlət nəzarətinin tətbiq edildiyi gün A.Çovdarovun istixanadakı əməkdaşları ilə bağlı “vida mərasimi” keçirilib. Belə ki, parnikin bütün şəxsi heyətini düz xətt boyunca sıraya düzən dövlət yetkililəri onları yeni işçilərin əvəzləyəcəyini bildirib və işdən azad olunduqlarını elan edib. 

Mənbə hazırda məhsul yığımı ərəfəsində olan parnikdə işin fasiləsiz surətdə davam etdiyini də bildirib. 

шаблоны для dle 11.2

Xəbər lenti
16 05 2024
16 05 2024
16 05 2024
15 05 2024
15 05 2024
15 05 2024
15 05 2024
15 05 2024
15 05 2024
15 05 2024
15 05 2024
15 05 2024
15 05 2024
15 05 2024
15 05 2024
15 05 2024
15 05 2024
15 05 2024
15 05 2024
15 05 2024
15 05 2024
15 05 2024
15 05 2024
15 05 2024
15 05 2024
15 05 2024
14 05 2024
14 05 2024
14 05 2024
14 05 2024