Ana səhifə Araşdırma Aktual Problem Siyasət Gündəm Sağlamlıq İqtisadiyyat Dünya Sosial Mədəniyyət Təhsil İdman Region Cəmiyyət Hadisə

Cəmiyyət / Slayd (2-09-2016, 12:31)
MTN işində adı hallanan deputat Nəriman Əliyev çətin günlər yaşayır

bitmap-img6


Nəriman Əliyevin biznesi çökür və çətin durumda olduğu deyilir. Deputatın bacısı əri isə hazırda MTN işindən dolayı həbsdədir.

 

 
Mediatv.az:   Deputat biznesmen gah saxta diplomu ilə gündəmə gəlir,gah oğlu İsmayıl Nəriman oğlu Əlizadənin avtoxulqanlığı bütün paytaxt polisini və ictimaiyyəti təngə gətiriməsi ilə. 
Yeri gəlmişkən "İsmayıl Əlizadə 90 AA 490 dövlət nömrə nişanlı, "LEXUS" markalı maşınla şəhərin bütün mərkəzi küçələrində daim yol hərəkəti qaydalarını kobud şəkildə pozur. Ancaq bunlar deputatı bir o qədər qorxutmur. 
Əsas və başlıca problemi biznes imperiyasının çökə bilməsidir. Bu gün bu təhlükə həmişəkindən daha realdır. “Gundelik-Baku.com”a verilən məlumata görə hazırda həbsdə olan MTN generalı Akif Çovdarovun biznes ortağı kimi tanınan deputatın biznes şəbəkələrinin və nəzarətində olan şirkətlərin əlindən alınması barədə məlumatlar yayılıb. İlginc olan məlumata görə, Nəriman Əliyev bu təzyiqləri müxtəlif yollara baş vurmaqla aradan qaldırmağa, diqqəti üzərindən yayındırmağa çalışsa da, Akif Çovdarovla işbirliyi deputata ciddi problem yaradıb. 
Məlumata görə, bir müddət öncə MTN işinə görə istintaqa ifadə verdiyi bildirilən deputatın məsuliyyətə cəlb olunması iddiasından sonra biznesinin əlindən alınması da gündəmə gəlib. Mənbə bildirir ki, hazırda 70 saylı Masallı şəhər Seçki Dairəsindən deputat seçilmiş Nəriman Əliyevin MTN-in sabiq generalı Akif Çovdarovla işbirliyi və biznes ortaqlığının üzə çıxmasından sonra deputatın yaxın qohumu həbs olunub. Belə ki, deputatın bacısı əri hazırda bu işlərdən dolayı həbsdədir. Özü isə istintaqa ifadə verməklə hələlik prosesdən kənarda qalmağı bacarıb. (arqument.az) 
Deputatla bağlı yayılan məlumatlarda isə bildirilir ki, Nəriman Əliyev "Nur M" şirkətini uzun illər Akif Çovdarovla şərik işlədib. Bu şirkət isə əsasən İrandan xurma, kişmiş, quru meyvə və s. məhsullar gətirib. Həmçinin deputat bu məhsullar üzrə monpolist kimi çıxış edib və onun monopoliyasına girməyə cəhd edən istənilən şəxsi zərəsizləşdirmək üçün dəfələrlə Akif Çovdarov "kartı"ndan istifadə edib. Mənbənin sözlərinə görə, Nəriman Əliyevin biznesi təkcə bununla məhdudlaşmayıb. Belə ki, o, gömrüklə bağlı bir çox məsələlərə də müdaxilə edib. Ona gömrükdə "yaşıl işıq"ı da məhz Çovdarov yandırıb. Yəni Nəriman Əliyev Akif Çovdarovun dəstəyi ilə Dövlət Gömrük Komitəsinin müsadirə etdiyi bir çox malların satışını da həyata keçirib. Bu biznesdən isə milyonlar qazanıb. Hətta biznesinin bir hissəsini də ölkədən çıxarmağa nail ola bilib. 
Məlumatda vurğulanır ki, deputatın bütün "qara işləri"ni və beznsini hazırda həbsdə olduğu iddia edilən bacısı əri yönləndirirmiş: "Çovdarovun həbsindən sonra Nəriman Əliyevin də vurulması təsadüfi deyil. Amma onun yaxın qohumuna hansı maddələrlə cinayət işinin açılması bəlli deyil. Əsas odur ki, deputat özü də bu məsələni gizlədərək "başqa yollar"la həll etməyi düşünür". 
Bildirlir ki, "Nur M" şirkətindən başqa, "Ştutqart" mağazalar şəbəkəsi də Nəriman Əliyevə məxsusdur. Bu şəbəkəni də ona yaxın şəxslər idarə edir. Mağazalar şəbəkəsi isə xaricdən gətirilən avtomobil hissələrinin satışını həyata keçirir. Mənbə iddia edir ki, Nəriman Əliyev məhz Akif Çovdarovun dəstəyi ilə Masallı Kərpic zavodunu da özündən asılı hala salaraq, orada da pay sahibi olub. Bu da zavodun müdiri Fəxrəddin adlı iş adamı ilə aralarında ciddi skandala səbəb olub və sonucda deputat qalib gəlib. 
Məlumat verən mənbənin sözlərinə görə, Nəriman Əliyev Masallıda fəaliyyət göstərən iki bazarda da ("Təzə bazar" və "Köhnə bazar") pay sahibidir. Bundan başqa, onun rayonda böyük torpaq ərazilərini ələ keçirdiyi iddia olunur. Bütün bu şikayətlər və Akif Çovdarovla işbirliyi isə hazırda deputatı çıxılmaz vəziyyətdə qoyub. P.S. Bilirsiniz əsas məsələ nədir? Əli Quluyev vasitəsilə bütün işlərini qara yollarla görən şəxsin kimliyi artıq açılır. 
Qarşı tərəfin mövqeyini dərc etməyə hazırıq.
шаблоны для dle 11.2

Xəbər lenti
27 11 2024
27 11 2024
27 11 2024
27 11 2024
27 11 2024
27 11 2024
27 11 2024
27 11 2024
27 11 2024
27 11 2024
27 11 2024
27 11 2024
27 11 2024
27 11 2024
27 11 2024
27 11 2024
26 11 2024
26 11 2024
26 11 2024
26 11 2024
26 11 2024
26 11 2024
26 11 2024
26 11 2024
26 11 2024
26 11 2024
26 11 2024
26 11 2024
26 11 2024
26 11 2024