Ana səhifə Araşdırma Aktual Problem Siyasət Gündəm Sağlamlıq İqtisadiyyat Dünya Sosial Mədəniyyət Təhsil İdman Region Cəmiyyət Hadisə

Cəmiyyət (14-10-2016, 13:15)
MİLLƏT VƏKİLİ AZAL-dan ŞİKAYƏTLƏNDİ – Yerlər 30 dollara satılır

cingiz

Millət vəkili Çingiz Qənizadə Milli Məclisin bu gün keçirilən plenar iclasında “Azərbaycan Hava Yolları” QSC-dən (AZAL) şikayətlənib.

Mediatv.az xəbər verir ki, Ç.Qənizadə AZAL vasitəsilə İstanbula uçarkən ondan əlavə 30 dollar pul istənildiyini dedi: “Gah yeməyə, gah ərzağa, gah qabaqda oturmağa görə əlavə pul istənilir. Prezident vətəndaşların rahatlığı üçün qərarlar verir, amma AZAL-da belə bir durum yaradılır. Təsəvvür edin, stüardessa sərnişinə deyir ki, sən qabaqda otur, arxaya yük yığılacaq. Çağırdım onu, dedim bu, kolxoz arabasıdır, yoxsa təyyarədir, necə yəni arxada yük yığılır? Bu, dilənçilikdir. 15 biznes-klass boş gedib-gəlir. Amma digər yerlər üçün əlavə pul tələb edirlər. Biz əcnəbiləri, turistləri dəvət edirik, amam AZAL-da bu cür insanları incidirlər”. Ç.Qənizadə spikeri məsələyə müdaxilə etməyə çağırdı.

Oqtay Əsədov isə “sən bunları gəlib mənə deyə bilərdin. Amma burda danışdın, mən də sözünü kəsmədim. Hər birimiz başımıza gələnləri danışsaq, gərək burda qalaq”-deyə, reaksiya verdi.

 

шаблоны для dle 11.2

Reklam
• Sorğu
Saytımızı bəyəndiniz?



Xəbər lenti
18 05 2024
18 05 2024
18 05 2024
18 05 2024
18 05 2024
18 05 2024
18 05 2024
18 05 2024
18 05 2024
18 05 2024
18 05 2024
18 05 2024
18 05 2024
18 05 2024
18 05 2024
17 05 2024
17 05 2024
17 05 2024
17 05 2024
17 05 2024
17 05 2024
17 05 2024
17 05 2024
17 05 2024
17 05 2024
17 05 2024
17 05 2024
17 05 2024
17 05 2024
17 05 2024