Ana səhifə Araşdırma Aktual Problem Siyasət Gündəm Sağlamlıq İqtisadiyyat Dünya Sosial Mədəniyyət Təhsil İdman Region Cəmiyyət Hadisə

Cəmiyyət (6-10-2016, 23:14)
“İctimai polisin saxlanması polis saxlamaqdan yaxşıdır”

Onların formasına “polisə ictimai dəstək” yazılıb. Vətəndaşlar bu şəxslərin şəkillərini çəkərək sosial şəbəkədə paylaşırlar. Həmin şəkillərə rəy yazanların bəziləri onları qınayır, bəziləri isə vətəndaşların polis orqanları ilə əməkdaşlığını müsbət dəyərləndirir.

Mediatv.az xəbər verir ki, “Bizim Yol”a açıqlama verən “Polisə Dəstək” İctimai Birliyinin sədri, təqaüddə olan polis polkovniki Şəmsəddin Əliyev bildirib ki, “polisə ictimai dəstək” polisin nüfuzunun və imicinin artmasına müsbət təsir göstərəcək.

“Mən bilirəm ki “Azərbaycanda polisin sayı kifayət qədər var, ictimai polisə ehtiyac yoxdur” deyə düşünən vətəndaşlarımız var. Onlar hesab edirlər ki, polisin şəxsi heyətinin sayı çoxdur və ictimai polisə ehtiyac yoxdur. 10 milyona yaxın əhali sayına görə Azərbaycan polisinin ştat vahid sayı iki minə yaxın azdır. Dövlət büdcəsi üçün ictimai polisin saxlanması polis saxlanmasından daha yaxşıdır. Çünki xərcləri azdır”, - deyə Ş.Əliyev bildirib.

Polis polkovniki xatırladır ki, bir neçə ay öncə Prezident İlham Əliyev ictimai asayişin qorunmasında vətəndaşların iştirakının təmin edilməsi barədə fərman imzalayıb:

“Fərmana əsasən, vətəndaşlar polislə əməkdaşlıq edəcək. Hərbi xidməti keçmiş, boyu 1.70-dən yuxarı, kişi cinsindən olan şəxslər könüllü olaraq ictimai polis xidməti ilə məşğul olacaqlar. Polis orqanları həmin şəxslərə davranış qaydalarını, cinayətkarlıqla mübarizədə üsul və vasitələri öyrədəcəklər. Ehtimal edirəm ki, həmin şəxslər tədricən polis orqanlarında xidmətə keçiriləcək”.

Formasına “polisə ictimai dəstək” yazılmış şəxslərə əmək haqqı büdcədə nəzərdə tutulub. Onlar xüsusi forma və digər xidməti vasitələrlə təmin olunacaqlar. Amma polis əməşdaşlarından fərqli olaraq onlar tabel silahı ilə təmin olunmayacaq.

Ekspertin sözlərinə görə, ictimai polis məsələsi bu ilin əvvəlində ATƏT-in Bakı Ofisi ilə Daxili İşlər Nazirliyinin birgə keçirdiyi “Cəmiyyət dəstəkli polis” layihəsində gündəmə gəlmişdi: “Mən özüm də həmin layihədə vətəndaş cəmiyyətinin nümayəndəsi olaraq iştirak etdim. ATƏT-in və Daxili İşlər Nazirliyinin apardığı araşdırmalarda, təhqiqatlarda sübut olunur ki, cinayətkarlığa qarşı mübarizədə, insan hüquq və azadlıqlarının, təhlükəsizliyin təminatında vətəndaşların da dəstəyi olması öz səmərəsini verir. Bu baxımdan “polisə ictimai dəstək” xidmətinin yaradılması əhəmiyyətlidir”.

Şəmsəddin Əliyev deyir ki, bu təcrübə Türkiyəndə, Böyük Britaniyanda və İsraildə var: "Azərbaycanda “polisə ictimai dəstək” adlanan şəxslər Türkiyədə “İctimai Polis”, Böyük Britaniyada “cəmiyyət və yaxud ictimai dəstəkli polis” və İsraildə “Təhlükəsizliyə Dəstək” adlanır.

шаблоны для dle 11.2

Reklam
• Sorğu
Saytımızı bəyəndiniz?



Xəbər lenti
18 05 2024
18 05 2024
18 05 2024
18 05 2024
18 05 2024
18 05 2024
18 05 2024
18 05 2024
18 05 2024
18 05 2024
18 05 2024
18 05 2024
18 05 2024
18 05 2024
18 05 2024
18 05 2024
17 05 2024
17 05 2024
17 05 2024
17 05 2024
17 05 2024
17 05 2024
17 05 2024
17 05 2024
17 05 2024
17 05 2024
17 05 2024
17 05 2024
17 05 2024
17 05 2024