Ana səhifə Araşdırma Aktual Problem Siyasət Gündəm Sağlamlıq İqtisadiyyat Dünya Sosial Mədəniyyət Təhsil İdman Region Cəmiyyət Hadisə

Cəmiyyət (6-10-2016, 12:18)
Hacıqabulda sahibkarlığın inkişafı üçün hər cür dəstək verilir

 

Möhtərəm Prezidentimiz cənab İlham Əliyev dünyada və regionda gedən böhranlı proseslərə baxmayaraq maksimum səviyyədə çalışır ki, ölkəmiz indiki vəziyyətdə öz inkişafını qorusun, vətəndaşlarımız zərər görməsinlər. Hazırda bu sahədəki siyasət sahibkarlığa dövlət himayəsinin sistem şəklində həyata keçirilməsinin, sahibkarlara dövlət dəstəyi tədbirlərinin səmərəsinin yüksəldilməsinin təmin edilməsinə yönəldilmişdir. Hacıqabulda sahibkarlığın inkişaf etdirilməsi, əhalinin məşğulluq səviyyəsinin artırılması, yeni iş yerlərinin açılması və sərmayələrin cəlb edilməsi Hacıqabul rayon İcra Hakimiyyətinin daim diqqət mərkəzindədir. Bu məqsədlə hətta Xüsusi qərargah yaradılmış və “Qaynar xətt” fəaliyyətə başlamışdır. Rayon İcra Hakimiyyətinin başçısı cənab Əhməd Muxtarovun sədrlik etdiyi Xüsusi qərargah hər həftə iclaslar keçirir, üzvlərinin, aidiyyəti müəssisə rəhbərlərinin, qeyri-hökumət təşkilatlarının nümayəndələrinin və rayon sahibkarlarının iştirakı ilə vacib məsələlər müzakirə olunur. Ölkəmizdə sahibkarlığın və kənd təsərrüfatının inkişaf etdirilməsi, bu sahədə sahibkarlara və torpaq mülkiyyətçilərinə hərtərəfli köməkliklər göstərilməsi ilə bağlı dövlət başçısının tapşırıq və tövsiyyələrinə uyğun olaraq Hacıqabul rayonunda da görüləcək işlər müəyyənləşdirilmiş, sahibkarlar və mülkiyyətçilərlə mütəmadi olaraq müvafiq söhbətlər aparılaraq onların problemləri dinlənilir, sahibkarların görəcəyi işlər dəqiqləşdirilir, onların hər birinə öz işlərini daha da genişləndirmək üçün planlar hazırlamaq tövsiyə olunur. Bildirilir ki, bu sahəyə həm dövlətin maliyyə dəstəyi olacaq həm də hər bir sahibkar yeni sərmayələr axtarışında olmalıdır. İş adamları RİH başçısı cənab Əhməd Muxtarov rayonda özəl sektorun inkişafı naminə əlindən gələn heç nəyi əsirgəmədiyini bildirirlər. Sahibkarlar bundan sonra da öz imkanlarını səfərbər edərək bizneslərinin daha da böyüdülməsi və nəticədə yeni iş yerlərinin yaradılması istiqamətində səylə çalışacaqlarını bildirdilər. Hacıqabul vətəndaşları, rayonda məskunlaşan qaçqın və məcburi köçkünlər də təsdiqləyirlər ki, cənab Əhməd Muxtarov insanların müraciətlərinə həssas yanaşır. Ölkə başçısının "Mən xalqımın bir nömrəli xidmətçisiyəm" prinsipini fəaliyyətinin əsas leytmotivi kimi götürən RİH başçısı özünü hacıqabullıların bir nömrəli xidmətçisi hesab edir və yerli məmurlarda da bunu tələb edir. Hacıqabulda da onu sevir, rəhbərliyi altında daha böyük uğurlar qazanacaqlarına ümid edirlər.

 

Mediatv.az

шаблоны для dle 11.2

Reklam
• Sorğu
Saytımızı bəyəndiniz?



Xəbər lenti
18 05 2024
18 05 2024
18 05 2024
18 05 2024
18 05 2024
18 05 2024
18 05 2024
18 05 2024
18 05 2024
18 05 2024
18 05 2024
18 05 2024
18 05 2024
18 05 2024
18 05 2024
18 05 2024
17 05 2024
17 05 2024
17 05 2024
17 05 2024
17 05 2024
17 05 2024
17 05 2024
17 05 2024
17 05 2024
17 05 2024
17 05 2024
17 05 2024
17 05 2024
17 05 2024